“Bakı, mən səni sevirəm!” kino-layihəsinin çəkiliş qrupu Moskvaya gedib - FOTO
“Bakı, mən səni sevirəm!” kino-layihəsinin çəkiliş qrupu Bakını tərk edib. Kino-layihənin mətbuat katibi Şahnaz Abdullayevanın Lent.az-a verdiyi məlumata görə, filmin çəkilişlərinə iyulun 8-də yekun vurulub və iyulun 12-də qrup Moskvaya yola düşüb. Bildirilib ki, kino-layihənin çəkilişləri 2 – yaz və yay sessiyalarından ibarət olub. Layihəyə hər biri 9 dəqiqədən ibarət 10 film daxildir. İlk filmi prodüser Yeqor Kançolovski, son filmi isə digər prodüser Nadir Maçanov çəkib. Layihəyə yerli rejissorlarla yanaşı, Rusiyadan, Böyük Britaniyadan və İtaliyadan da rejissorlar dəvət olunublar. Filmlərdə Laləzar Mustafayeva, Sənubər İsgəndərova, Mabud Məhərrəmov, Rasim Balayev, Fərhad İsrafilov, Şamil Süleymanov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, Qurban İsmayılov, Rasim Cəfər, Fuad Osmanov, Bəhram Bağırzadə, hollivudun məşhur ulduzlarından Aziya Arcento, İtaliyanın məşhur aktyoru Alessandro Bertaluççi, qardaş Türkiyənin tanınmış aktrisası Eyşan Özhim, qonşu Rusiyanın bir neçə tanınmış aktyor və aktrisası, Belorusun, Litvanın, Böyük Britaniyanın aktrisaları, Özbəkistanın əməkdar artisti Seydulla Maldaxanov çəkiliblər.
Filmin musiqi prodüseri Rusiyanın məşhur kino musiqisi bəstəkarı Viktor Salaqubdur. Azərbaycan bəstəkarlarından Səyavuş Kərimi, Vüqar Camalzadənin musiqilərindən də istifadə olunacaq.
Yaxın günlərdə “Mosfilm” kinokonsernində filmin montaj və səsləndirilmə proseslərinə başlanılacaq.
Qeyd edək ki, layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir. Layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya), ssenaristlər Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskiydir (Rusiya). Ssenaristlər: Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Aleksandr Novotoskiy (Rusiya)
Jalə

994