“Simfo-Muğam” Qəbələdə
Azərbaycanın əməkdar artisti Yalçın Adıgözəlov və “Qarabağ” triosu ilk dəfə olaraq “Şur”
Simfonik Muğamını təqdim edəcəklər. Bu barədə Lent.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov məlumat verib.
Onun sözlərinə görə, sözügedən layihə iyulun 24-də IV Qəbələ Musiqi Festivalında gerçəkləşəcək. Xalq artisti bildirib ki, iyulun 26-da “Qarabağ” triosu Fikrət Əmirovun “Şur” Simfonik Muğamını səsləndirəcək. Festivalda Mənsum İbrahimovu əməkdar artist, tanınmış drijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə xalq artistləri tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcək.
Mənsum İbrahimov deyib ki, adıçəkilən muğamı “Simfo-Muğam” layihəsi çərçivəsində bir çox ölkələrdə səsləndirsələr də, Azərbaycanda ilk dəfə ifa edəcəklər.
Xalq artisti deyib ki, son günlər səhhətində problem yaranması səbəbindən məşqlərə fasilə versələr də, ümumilikdə festivala yaxşı hazırlaşıblar.
Qeyd edək ki, 2007-ci ildən start verilən “Simfo-Muğam” layihəsi ilk dəfə Bakıda keçirilib. Daha sonra isə Türkiyədə, Minskdə, Kiyevdə, Londonda, Almaniyada, Riqada, Tacikistanda konsert proqramı ilə çıxış ediblər. Konsertlərdin hər birində həmin ölkələrin 100 nəfərlik simfonik orkestrləri müşayiət edib. Layihənin rəhbəri Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimidir.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06