Həmədan - Şərq sivilizasiyanın məhv olmuş mərkəzi – ARAŞDIRMA – FOTO
Azərbaycan türklərinin qədim yurd yerlərindən biri olan Həmədan əyaləti İranın qərb hissəsində yerləşir. Həmədan şimaldan Zəncan, cənubdan Loristan, şərqdən Mərkəz (Ərak), qərbdən isə Kirmanşah və Kürdüstan əyalətləri ilə həmsərhəddir.
Əyalət qarlı zirvəli olan dağları və münbit vadiləri ilə məşhurdur. Buradakı ən hündür dağ zirvəsi Əlvanddır. Onun hündürlüyü 3574 metrdir. Əyalətin iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur. Bu isə yayın sərin keçməsinə və təbiətinin bənzərsiz gözəl olmasına şərait yaradır.
Həmədan şəhərində ölkənin böyük əyalətləri və şəhərlərinə - Qəzvinə, Tehrana, Kirmanşaha, Məlayerə, Bürucerdə, Savəyə, gedən yollar kəsişir.
Ərazisi, əhalisi, etnik və dini tərkibi
19547 kvadrat kilometr ərazisi olan Həmədan əyaləti dəniz səviyyəsindən təxminən 1850 metrə yüksəklikdə yerləşir. Əyalətdə çeşidli özəl mədəniyyəti və adət-ənənələri olan əhali yaşayır.
2006-cı il əhalinin siyahıya alınmasına əsasən, Həmədanın əhalisi 1 milyon 703 min 267 nəfərdir. Əyalətdə ümumilikdə 2302 yaşayış məntəqəsi mövcuddur.
Əhalinin əsas hissəsi əyalətin 6 şəhərində yaşayır - Həmədan (əyalətin mərkəzi), Malayer, Nəhavənd, Toyserkanda, Kəbudərahəng və Əsədabad.
Əhalinin əksəriyyəti müsəlmandır. Burada az sayda xristian və yəhudi də yaşayır. Güney Azərbaycanın bir çox tarixi torpaqları kimi Həmədan da bölüşdürmə və farslaşdırma siyasətinə məruz qalıb. Ancaq bütün bunlara baxmayaraq, milli tərkibinə görə əyalət əhalisinin çoxu Azərbaycan türklərindən ibarətdir. Burada bir sıra yerlərdə, özəlliklə Həmədan şəhərində türklər əhalinin 60 faizini, əyalətin başqa mahallarında əhalinin 65-70 faizini və kənd yerlərində əhalinin 75 faizdən çoxunu təşkil edir.
Azərbaycanlılarla yanaşı əyalətdə lorlar, ləklər, farslar və az sayda kürdlər yaşayır. Türk olmayanların, özəlliklə farsların əyalətə yerləşdirilməsi ötən əsrin ortalarından sürətlənib.
1979-cu il inqilabından sonra isə Pəhləvi sülaləsinin farslaşdırma siyasətinə uyğun olaraq bölgəyə farsların axınının güclənməsi üçün müxtəlif tədbirlər həyata keçirilib. Əyalətdə yeni tikilən böyük iqtisadi müəssisələrdə Azərbaycan türkü olmayanların, özəlliklə farsların işə götürülməsi üstünlük təşkil edir.
Güney Azərbaycanın bu əyalətində qədimdə gözəl binalar, möhtəşəm sarayların olduğunu səyyahlar öz yazılarında da vurğulayıblar.
Həmədanın qədim adı Ekbatandır. Bu şəhər yerlə-yeksan olaraq, torpaq altında qalıb. Həmin torpaqlar altında türkün tarixi gizlənir. Onun öyrənilməsi üçün arxeoloji işlər görülməlidir. Amma bunu kimlər görəcək? Görsələr belə, onun türk mədəniyyətinə aid olduğunu bildikdən sonra açıqlayacaqlarmı? Əlbəttə ki yox. Çünki Həmədan da Güney Azərbaycanın başqa bölgələri kimi fars şovinizminin əsarəti altındadır.
Əhalinin məşğuliyyəti
Buranın əhalisi əsasən kənd təsərrüfatında və yeyinti sənayesinin müəssisələrində çalışır. Əyalətin 802560 hektar əkinə yararlı torpaq sahəsi var. Onlardan 286751 hektarı suvarılır, 585809 hektarı isə dəmyədir. Bölgənin inkişafına diqqəti ayrılmadığı ucbatından bu torpaqlar suvarılmır. Halbuki suvarılan torpaqlarda məhsuldarlığın yüksək olduğu hamıya bəllidir.
Sənayesi
Həmədan əyaləti malik olduğu imkanlarına görə sənaye baxımından ölkənin yoxsul əyalətlərindən hesab edilir. Burada mövcud olan imkanlar və potensiala baxmayaraq, dövlətin bu əyalətə yatırım yatırmaması, yerli özəl şirkətlərin fəaliyyətinə şərait yaratmaması sənayenin inkişaf etməməsində ciddi rol oynayır.
Əyalətin mühüm ağır sənayesi aşağıdakılardan ibarətdir: dəmirtökmə, kənd təsərrüfatı texnikasının istehsalı, tikinti və yolsalma texnikası, müxtəlif maşınlar, poladəritmə zavodu, Hegmatan və Ekbatan sement zavodları, avtomobil quraşdırma zavodu, kimya zavodu.
Əyalətin yüngül sənayesinə adi bu sahələri göstərmək olar: qida sənayesi, toxuculuq, gön-dəri sənayesi, sellüloz, qeyri-filiz faydalı qazıntılar, metal sənayesi, şüşə istehsalı sənayesi.
Ölkənin qərb bölgəsində Həmədan şüşə sənayesi zavodunun istehsal etdiyi məhsul həcmi və keyfiyyətinə görə mühüm müəssisələrdən sayılır.
Əl işləri sənayesi: Həmədan əyalətində də Azərbaycanın bir çox bölgələrində olduğu kimi əl işləri sənayesi əhalinin önəmli gəlir mənbələrindəndir.
Güney Azərbaycanın başqa bölgələrində olduğu kimi xalçaçılıq burada da birinci yeri tutur. Eyni halda gön-dəri məhsullarının emalı, iplikçilik, kilimçilik, ağac oyma işləri, ağacda oyma işləri, saxsı, keramika işləri və s. əyalət əhalisinin əhəmiyyətli qisminin məşğulluğunu təmin edir.
Əkinçilik
Əyalətdə əkinçilik suvarma və dəmyə üsulu ilə həyata keçirilir. Ancaq əkin altında olan torpaqların çoxu dəmyədir. Əyalətin əsas məhsulları buğda, arpa, qoz, alma, şəkər çuğunduru, dənli bitkilər, bostan məhsulları, armud, üzüm və sairdir. Demək olar ki, əyalətin münbit və əkinə yararlı torpaqlarının dörddə üçündə buğda və arpa əkilir. Əyalətin Toysarkan mahalında əldə edilən qoz məhsulu başqa əyalətlərə də göndərilməklə yanaşı, mahal əhalisinin əsas gəlir mənbələrindən sayılır.
Heyvandarlıq
Həmədan əyaləti Əlvənd dağınn ətəklərində yerləşdiyi üçün bollu su qaynaqlarına da malikdir. Burada dərələr arasında olan ərazilər və vadilər münbit otlaqlara malik olduğuna görə heyvandarlıq üçün əlverişli sayılırlar. Özəlliklə bu bölgələrdə köçəri və elatlar ənənəvi şəkildə heyvandarlıqla məşğul olur. Əyalətin ət məhsullarına və ağartıya olan ehtiyacını təmin edirlər. Bölgənin zəngin otlaqları başqa əyalətlərdəki köçərilərin ilin bəlli aylarında Həmədana üz tutmasına səbəb olur. Bundan başqa əyalətdə quşçuluq, arıçılıq və balıqçılıqda yayılıb.
Təbiəti, təbii sərvəti
Buranın özünəməxsus gözəlliyi, güllü-çiçəkli çəmənliyi, meyvələrlə zəngin olan bağ və meşələri var. Həmədan alma, üzüm, qoz, badam və s. meyvələrlə yanaşı, dərman və müalicə bitkiləri ilə də zəngindir. Burada Düzəx, Gəzənd, Fəran bağları, Artiman bağları, Sərkan, Şəhər dərələri və s. bu kimi gözəllikləri əks etdirən yerlər var.
Fəran dərəsi 400 ha, Artiman dərəsinin sahəsi isə 600 ha-dır. Buralar bağlı-bağatlı ərazilərdəndir.
Nəhavənd şəhərinin 25 kilometrliyində 200 ha sahəsi olan meşə var. Bu meşədə hər cür meyvələrə rast gəlmək olar. Pəhləvi sülaləsi dövründə bu meşəliyin böyük bir hissəsi məhv edilib. İndi orada bir sıra bərpa işlərini görmək mümkündür. Amma Tehran rejimi Güney Azərbaycanın başqa bölgələrinə göstərdiyi ögey münasibəti buradan da “əsirgəmir”.
Əyalət yeraltı və yerüstü sularla da zəngindir. Burada biri-birindən dadlı olan bulaqlar, kəhrizlər və çaylar var. Talvarçay, Qaraçay, Qılçıqçay, Xürrəmçay, Quruçay sahilləri həm mənzərəlidir, həm də ərazinin su ehtiyatını ödəyir.
Qaraçayın suyu buradakı Ağgölə tökülür. Bu gölün təbiəti o qədər mənzərəlidir ki, yaz və yay fəsillərində əhali dincəlmək üçün buralara gəlir.
Həmədan əyaləti gümüş, qurğuşun, qranit, əhəng daşı, tikinti üçün yararlı olan çeşidli materiallar, habelə gəc, limonit, silisium və s. yeraltı sərvətlərlə zəngindir.
Tarixi abidələri və görməli yerləri
Güney Azərbaycanın bu bölgəsi tarixi abidələri ilə də zəngindir. Burada türk tarixinin sirlərini özündə saxlayan təpələr, kitabələr, bazar yerləri, saray, qala, körpülər, karvansara və hamamlar var.
Madlar dövründə tikilmiş Hökmtəpə sarayının qalıqları, Nuşucan qalası, Çubin qalası, Həmədan şəhəri yaxınlığındakı Qız qalası, Fərsəfc körpüsü, Sınıq körpü və başqalarını nümunə göstərmək olar.
İbn Sinanın məqbərəsi, Baba Tahir məqbərəsi, Şer daşı, eradan əvvəlki dövrə aid daş kitabələr, Qəzvinli Arif məqbərəsi, İmamzada Abdulla, Ester və Mordexay məqbərəsi, Qurban qülləsi, Alısods (Əlisədr) mağarası, İmamzada İsmayıl, Abbasabad təpəsi, Nuşucan qalası, Günsapan təpəsi, Başqurtaran qalası, Subaşı mağarası, Ələvilər məscidi, müxtəlif tarixi məscid və saraylar, muzeylər və s. kimi abidələri də var.
Həmədan əyalətində dəyişdirilmiş yer adlarından bir neçə örnək göstərək: Kültəpə (türkcə əsl adı, birincilər doğrudur) - Qoltəppe, Lalun - Lalcin, Göyrəng - Kəbutərahəng, Maran - Mohaceran, Yengicəkənd - Ənsari-İmam, Təzəkənd - Hesamabad, İlanlı kəndi - Maran, Kıraxırd - İslamabad, Qozçu - Mahmudabad, Bahadur Bəy kəndi - Malik Əştər, Yenikənd - Dəhnu, Ağcaqaya kəndi - Hüseynabad, Çanqıran kəndi - Şahəncrin, Göytəpə kəndi - Qorg təpe, Mirzəkəndi - Mirzahesar, Sarıev kəndi - Sərab, Sarıqaya dağı - Sareqiyye, Yaquşa kəndi - Yəqub şah, Aşağı Qoxurd kəndi - Qohurd Payin, Yuxarı Qoxurd kəndi - Qohurd Payin, Harnova kəndi - Harunabad,
Əyalətdə hələ də öz adı ilə tanınan və farslaşdırma siyasətindən uzaq qalan yer adlarından bir neçəsini diqqətinizə çatdırırıq: Alma Bulaq dağı, Subaşı dağı, Sarıqaya dağı, Sarıköynək dağı, Uzun bulaq dağı, Qaraqaş dağı, Tərsədağ dağı, Paşalı dağı, Qızıldağ dağı, Ağdağ dağı, Qızlar dağı, Qızıl dağı, Qaralar dağı, Qaraqaya dağı, Qızılqayası dağı, Günay dağı, Quşqayası dağı, Qızdağı, Qaradağ, Qızıl Bulaq, Xangörməz, Ağgöl, Ağçay, Talvarçayı, Qaraçay, Ağacçayı, Yaquşa dağı, Qaraçuxa dağı, Qaralar, Qara dərə dağı, Bozquş dağı, Aladərə dağı, Gədik dağı, Su qayası dağ və s.
Təəssüflər olsun ki, tarixi abidələrimiz də baxımsızlıq ucbatından Ekbatan şəhəri kimi yer altına gömülməkdədir. Bu kimi təbii tarixi gözəlliyi olan Azərbaycan bölgəsində turizmi də inkişaf etdirmək olar. Amma Azərbaycan türkünə və ona mənsub ərazilərə həmişə ögey yanaşan, əhalisi ilə bir yerdə Azərbaycanı sevməyən hakimlər buraların gəlişməsində nə o vaxt (Pəhləvilər dövründə), nə də indi maraqlı görünmürlər.
Həmədan əyalətinin mahalları və mahal mərkəzləri
Həmədan şəhəri və əyalətin başqa yerləri haqda ayrıca məlumat verəcəyik. Bu yazıda onlar haqda ümumi məlumat veririk.
Malayer
Həmədan şəhərindən 90 km cənubda yerləşən və dağlıq yer olan Malayerin sabit iqlimi var. Şəhər qədim tarixə malikdir. Məlayerin keçmiş adı Dövlətabad olub. Bura əsasən Qacarlar sülaləsinin hakimiyyəti dövründə tikilib.
Buranın tanınmış ticarət mərkəzinə çevrilməsinə səbəb Xuzistan yolunun üstündə yerləşməsidir. Şəhərin kənarında qədim mağaralar, mərkəzində isə qədim qalaların qalıqları öz əzəmətini saxlamaqdadır.
Malayerin məhsuldar və dadlı üzüm bağları, gözəl parkları və qonaq evləri səyyahların cəlb olunmasında mühüm rol oynayır.
Nəhavənd
Həmədan şəhərinin 150 km-də yerləşən Nəhavənd qədim tarixi şəhərlərdəndir. Bu şəhər Sasani və ərəb qoşunlarının daim müharibə apardığı yer, qədim türk tayfalarının mərkəzi şəhərlərində olub.
Aparılan arxeoloji qazıntılar burada inkişaf etmiş qədim sivilizasiyanın olmasını təsdiq edir. Sasani dövrünə aid tarixi abidələr və arxeoloji tapıntılar Nəhavəndin yaxınlığında olan Qara Joqha kəndində aşkar edilib.
Ümumiyyətlə, şəhərin ətrafı çox qədimdir. Şəhər sənətkarlarının əldə toxunma xalçaları məşhurdur. Əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğuldur.
Toyserkan
3 kəndin - Toy, Sarkan və Şakanın birləşməsindən yaranan Toysarkan şəhəri Həmədan şəhərindən 100 km cənubunda yerləşir. Qədim adı Roudlar olub. Moğulların hücumu zamanı tamamilə dağıdılıb. Xalq adları yuxarıda çəkilən kəndlərdə məskunlaşıb. Bununla da tam qırılmaqdan xilas ola biliblər.
Toysarkan şəhərinin mərkəzi qədim tarixi abidələr ilə zəngindir. Baba Kamal, Roudlar, Mahal təpələri, qədim tarixi şəhərinin qalıqları, səfəvilər dövrünə aid Şeyx Əli Xan məktəbi, Qacar dövrünün bazarı bu qəbildəndir.
Göyrəng (Kəbudarahəng)
Göyrəng (Kəbudarahəng - hazırda farslaşdırılaraq, belə adlanır) Həmədanın şimalından 50 km aralıda yerləşir. Əsas kənd təsərrüfatı zonasıdır.
Əsədabad
Dağlıq şəhər olan Əsədabad islam həmrəylik hərəkatının rəhbərlərindən biri, Azərbaycan türkü Seyid Cəmaləddin Əsədabadi Əl-Əfqaninin vətənidir. Əsədabad ölkənin telekommunikasiya sənayesinin yerləşdiyi bölgələrdən biridir.
Ekbatan (Həmədan)
Həmədan yalnız Azərbaycanın deyil, həm də bütün dünyanın qədim şəhərlərindən biridir. Yaranma tarixi xristianlığın yaranmasından əvvəlki dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olub. Sonradan adı dəyişilib Ekbatan və ya Heqmatani kimi tanınıb.
Həmədan şərq sivilizasiyası mərkəzlərindən biri sayılır. Tarixi məlumatlara görə, bu şəhərdə Yeddi Duvar adlı 1000 otaqlı qala olub. O, öz əzəmətinə görə Babil şəhərindən heç də geri qalmırmış.
Ölkənin ətrafında bütün xalqlar qədim dövrdən orta əsrlərə kimi Həmədanı əllərinə keçirməyi arzulayırmışlar. Şəhər bir neçə dəfə işğala məruz qalıb. İlk dəfə assuriyalılar Həmədanı dağıdıblar.
Həmədan məşhur yazıçı, müəllimlər, şairlər vətənidir. Bu şəhərdə Eynəlgüzzat Həmədani, Xacə Rəşidəddin Fəzlullah, Adham Həmədani, Baba Tahir Üryan və Mirzadə Eşqi yaşayıb yaradıblar. İbn Sinanın və Baba Tahirin məzarları bu şəhərdədir. Həmədan islam dövründə də bir mərkəz kimi öz əhəmiyyətini saxlayıb.
Həmədan haqqında mərhum ziyalımız, doktor M. T. Zehtabi “İran Türklərinin əski tarixi” əsərində belə yazır: “Bugünkü Həmədan və ya qədim Ekbatan Mad (Midiya -ODAM) dövlətinin paytaxtı, başkəndi idi. Mad dövlətinin başkəndi olduğu dövrdə Həmədan olduqca böyük, abad və gözəl olub. Şübhəsiz, məhv olmuş və bu gün yer altında qalan Mad və Həmədanın bu zəngin mədəniyyəti çox yəqin ki, miladdan qabaq 6-7-ci yüzilliklərə aid deyil. Ondan çox qabaqların - Madların babaları olmuş Qutti və Lullubilərin Miladdan qabaq 2 və 3-cü min illiklərinə mənsub mədəniyyətidir. Madlar bu mədəniyyətin varisi olmuşlar...”
Orta Doğu Araşdırma Mərkəzi (ODAM) Güney Azərbaycan qrupu

2104