Bakıda müasir incəsənət sərgisi keçiriləcək
Sərgi sentyabrın 28-də Milli İncəsənət Muzeyində baş tutacaq. Oktyabrın 4-dək davam edəcək sərginin kuratoru Karin Zimmerdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, Avstriyanın “In Between” adlı müasir incəsənət sərgisi Avstriyada yaşayıb yaradan çoxsaylı rəssamların yüksək istedadı və böyük bədii potensialı haqda geniş təsəvvür yaradır. Sərgidə milli kolleksiyada mövcud olan müasir incəsənətin kiçik bir hissəsi təqdim olunur. Nümayiş edilən hər bir eksponat Avstriya hakimiyyəti tərəfindən rəssama kömək məqsədilə əldə edilib. Sərgidə 36 rəssamın 40-dan çox əsəri nümayiş olunacaq.
Avstriyanın “In Between” adlı müasir incəsənət sərgisi bir neçə əsas mövzulara toxunur, bundan əlavə ölkənin müasir incəsənətinin azad seçim və ya özünü ifadə etmə üsullarından ibarət olan mövqelərini nümayiş etdirir.
Sərgi İsraildə keçirilən ilk təqdimatından sonra Xorvatiya, Çernoqoriya, Kipr, Macarıstan, Türkiyə, Linxtenşteyn, Avstriya, Belçika və Litva kimi ölkələrdə keçirilib.
Xəyalə

1111