“Məhv olmuş gündəliklər”in premyerası oldu – FOTO
Bu, xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Lent.az-ın məlumatına görə, Premyerada pyesin müəllifi Xalq Yazıçısı İlyas Əfəndiyevin oğlu xalq yazıçısı Elçin də iştirak edib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədovdur. Tamaşanın tərtibatı da rejissora məxsusdur. Səhnə əsərinin musiqi tərtibatçısı Mixail Simanovski, rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur. Rəqslərin quruluşunu Nicat Kazımov verib. Tamaşada əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Günel Məmmədova, Sərvər Əliyev, Şəbnəm Hüseynova, Rasim Cəfərov, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev, İlham Əsədov, Elşən Çarhanlı, Emin Sevdiməliyev, Eyvaz İbrahimov, Ceyhun Məmmədov canlandırıblar.
İki hissəli psixoloji dram tərtibatı, yeni quruluş və aktyor ifası ilə diqqəti cəlb edib. Səhnə əsəri saf məhəbbətin qurbanına çevrilən gənc qızın həyatı ilə yanaşı, onunla birgə öz istəklərinə qovuşa bilməyən insanların yaşamını əks etdirir. Səhnə əsəri adət etdiyimiz kimi zaldan deyil, elə səhnədən izlənilib. Bu aktyorların tamaşaçılarla daha yaxın olması, onların daxili hiss-həyəcanlarını daha yaxından duymağa şərait yaradıb. Tamaşada səslənən bütün musiqilərin aktyorlar tərəfindən ifa edilməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, əsər hələ 2002-ci ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsinin aktyorlarının ifasında hazırlanıb və geniş tamaşaçı marağına səbəb olub. Yaradıcı kollektiv bu tamaşa ilə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində uğurla çıxış edərək Rusiya teatr mütəxəssislərinin və tamaşaçılarının diqqətini cəlb edib.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06