“Böyük ömrün dastanı” audio versiyada
26 sentyabr 2011 13:37 (UTC +04:00)

“Böyük ömrün dastanı” audio versiyada

Sentyabrın 25-də İmişli rayon Mədəniyyət Sarayında diskin təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə İmişli rayon Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Hasil Tağıyev, İmişli rayon İcra Aparatının siyasi partiyalarla və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Çingiz Balayev çıxış edərək layihə barədə məlumat veriblər.



“Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov isə yeni işıq üzü görmüş disk haqda ətraflı danışıb. Bildirib ki, disk “Klassik və ədəbi nümunələrin audio formatda hazırlanması və zərurət” layihəsi çərçivəsində hazırlanıb. Layihənin ilk diski Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poeması olub: “Böyük ömrün dastanı” bu layihə çərçivəsində hazırlanan ikinci audio diskdir. İlk audio versiyada poemanı Zəlimxan Yaqub özü səsləndirmişdi. Lakin səhhətindəki problemlərə görə bu dəfə bunu etmək mümkün olmadı. Biz aktyor seçimi etmək məcburiyyətində qaldıq. Nəticədə poemanı əməkdar artist Azad Şükürov səsləndirdi. Rejissorluğu Rövşən Almuradlı etdi. Poemada simfonik əsərlərdən, bölmələrin arasında isə Heydər Əliyevin aforizmlərindən istifadə olunub”.



Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihə çərçivəsində “Əbədiyyət dastanı” və “Böyük ömrün dastanı” poemalarının audio versiyaları hazırlanıb.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031

Oxşar yazılar