“Əli bəy Hüseynzadə TURAN” kitabı İstanbulda Türkiyə türkcəsində çap olunacaq
24 sentyabr 2011 11:34 (UTC +04:00)

“Əli bəy Hüseynzadə TURAN” kitabı İstanbulda Türkiyə türkcəsində çap olunacaq

İstanbul Türk Ocaqlarının başqanı Cezmi Bayram, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva və yazar, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın müəllifi olduğu “Əli bəy Hüseynzadə TURAN” kitabının Türkiyə türkcəsində İstanbulda çap edilməsi təklifi ilə çıxış edib.

Ocaqdan Lent.az-a daxil olan məlumata görə, kitabın Türkiyə türkcəsinə uyğunlaşdırılmasına artıq başlanılıb. Türk Ocaqlarının İstanbul şöbəsi, əsərin qısa zaman ərzində və Bakı nəşrinin bənzəri olan nəfis tərtibatla çapını həyata keçirəcək.


Millət vəkili Qənirə Paşayeva İstanbulda Türk Ocaqları başqanı Cezmi Bayramla görüşündə bu təşəbbüslərinə görə onlara minnətdarlığını bildirib.


Qeyd edək ki, Qənirə Paşayeva ilə Azər Turanın ortaq işi olan “Əli bəy Hüseynzadə TURAN” kitabı 2009-cu ildə Bakıda “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb və Azərbaycanda Atatürk Mərkəzində alimlərin, millət vəkilləri, KİV və QHT təmsilçilərinin iştirakı ilə ictimaiyyətə təqdim olunub. Kitabda türk dünyası üçün misilsiz önəm daşıyan “türkləşmək, islamlaşmaq, müasirləşmək” təliminin yaradıcısı olmuş dahi şəxsiyyət – filosof, publisist, şair, rəssam, həkim və naşir Əli Bəy Hüseynzadənin ömür yolu, elmi-ictimai fəaliyyətinin başlıca məqamları araşdırılıb. Kitabın Bakı nəşrinin məsləhətçisi Əli bəyin qızı Feyzavər Alpsar, rəyçisi isə İstanbul Universitetinin professoru İbrahim Yıldırımdır. Kitabda bir sıra tarixi faktlar ilk dəfə açıqlanıb, ilk dəfə olaraq Feyzavər Alpsarın atası ilə bağlı, tarix üçün çox önəmli xatirələri öz əksini tapıb, habelə bir sıra foto və rəsmlər də ilk dəfə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901

Oxşar yazılar