Azərbaycan “Şərq bazarı” Beynəlxalq müsabiqə-festivalında
Azərbaycanın tanınmış estrada müğənnisi Ayaz Qasımov və bəstəkar Vüqar Camalzadə ölkəmizi “Şərq bazarı” Beynəlxalq müsabiqə-festivalında təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, festival Türkiyənin Dövlət Radio və Televiziyası, Ukraynanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, Krım Muxtar Respublikasının Mədəniyyət və İncəsənət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə həyata keçiriləcək.
Festival 22-26 sentyabr tarixlərində Ukraynanın Krım Muxtar Respublikasının Yalta şəhərində baş tutacaq. Müasir estrada musiqisinin təşviqi məqsədilə təşkil olunan “Şərq bazarı” festivalında dünyanın 35 ölkə nümayəndəsinin iştirak edəcəyi gözlənilir.
Müsabiqənin Qran-pri mükafatını alana 5000 (beş min) ABŞ dolları, digər mükafat sahiblərinə isə diplom təqdim olunacaq. Eyni zamanda, festivalın təşkilatçılarından biri olan TÜRKSOY, təşkilat tərəfindən müəyyənləşdirilən bir iştirakçıya 5000 (beş min) ABŞ dolları məbləğində xüsusi “TÜRKSOY mükafatı” təqdim edəcək.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06