“Muskomediya”nın bir neçə işçisi Yekaterinburqda təcrübə keçəcək
21 sentyabr 2011 15:11 (UTC +04:00)

“Muskomediya”nın bir neçə işçisi Yekaterinburqda təcrübə keçəcək

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə hazırda Musiqili Komediya Teatrında “Kimyagər” tamaşasına quruluş verən əməkdar incəsənət xadimi rejissor Bəhram Osmanovun rəhbərliyi ilə teatrın bir qrup yaradıcı gənci Rusiyaya yola düşəcək. Gənc rəssamlar Sevinc Həsənova, Novruz Məmmədov və teatrın bədii quruluş hissə müdiri Hüseyn Hüseynov oktyabr ayının sonunda yeddi gün müddətinə Yekaterinburq şəhərində olacaqlar.

Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Lent.az-a açıqlamasında bildirib ki, təkcə yaradıcı şəxslərin deyil, texniki işçilərin də təcrübə keçməsi xüsusən vacibdir. Çünki ölkənin demək olar ki, bütün teatrları, o cümlədən 102 yaşlı Musiqili Komediya Teatrı yenidən qurulur və bu gün Azərbaycan teatrlarında ixtisaslı texniki işçilərə böyük ehtiyac duyulur.

Qeyd edək ki, Bəhram Osmanovla “Kimyagər” tamaşasının yaradıcı heyətinə daxil olan gənc rəssamlar Sevinc Həsənova və Novruz Məmmədov tamaşa üzərindəki eskizlərini də özləri ilə Rusiyaya aparacaq, qonşu ölkənin teatr rəssamları ilə məhz bu əsərin quruluşu ətrafında da məsləhətləşmələr aparacaqlar.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar