Bəsti Cəfərova: “Direktor olmaq istəmirəm” - EKSKLÜZİV
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova “Xanuma” tamaşasındakı baş rolu üzərində qızğın məşqlərini davam etdirir. Tamaşanın noyabrın əvvəlində təhvil verilməsi nəzərdə tutulub. Bu barədə Lent.az-a danışan Bəsti Cəfərova məşq prosesindən və tamaşanın rejissoru Mikayıl Mikayılovdan razılığını dilə gətirib: “Bu, Mikayılın bizim teatrda ilk işidir. Buna baxmayaraq, işinin öhdəsindən gələ bilir. Cavan olsa da, məşqlərə hazırlıqlı gəlir. Özü də yaxşı oğlandır. Ondan çox razıyıq”.
Aktrisanın sözlərinə görə, Xanuma obrazından sonra Bertol Brextin “Kuraj ana və uşaqları”, Çingiz Aytmatovun “Ana tarla” əsərləri üzərində çalışacaq.
Bir müddət öncə teatrda yaşanan narazılığa gəlincə, Bəsti xanım bu barədə hələ heç nə deyə bilməyəcəyini bildirib: “Narazılıq barədə hələ heç nə deyə bilmərəm. Məni qalmaqaldan çox yaradıcılıq maraqlandırır. Bizə toxunan olmasa, kiminlə nə işimiz var? Əsas narazılıq ondan ibarətdir ki, bir çox adamlar indiyə qədər etdiklərimizi yoxa çıxartmaq istəyir. Amma biz varıq və bu sənətdə müəyyən qədər xidmətlərimiz olub. Mənim heç kimlə işim yoxdur. Direktor da olmaq istəmirəm. Mənim fikrim yaradıcılığımdadır. Və hesab edirəm ki, oynaya biləcəyim yaxşı rollar hələ qarşıdadır”.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06