Nuşirəvan Məhərrəmli: “Eyni şəxsləri seriallarda görmək də çox təhlükəlidir”
“Milli Televiziya və Radio Şurasının (MTRŞ) teleserialların necə olması ilə bağlı öz variantları var, ancaq Dəyirmi Masada irəli sürülən təklifləri də nəzərə alacağıq”. Lent.az-ın məlumatına görə, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün keçirilən Dəyirmi Masada söyləyib.
Nuşirəvan Məhərrəmli deyib ki, hazırda efirə çıxan teleserialların sponsorları yalnız öz maraqlarını güdürlər və serialda dəfələrlə öz mallarını reklam edirlər. MTRŞ sədrinin sözlərinə görə, bu sahədə bazar boş olsa da, indidən telekanallar arasında rəqabət başlayır: “Aktyorlar artıq bir telekanaldan digərinə keçirlər. Eyni şəxsləri seriallarda görmək də çox təhlükəlidir”.
MTRŞ sədri qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi ildə bir neçə film çəkir: Bu filmlərin həcmini azaltmaq, bu pulların hesabına serialların sayını artırmaq lazımdır. İlk növbədə serialların sayını artırmalıyıq.
“Anten” Teleradio Şirkətinin rəhbəri Rüstəm Əliyev bildirib ki, seriallardan telekanallar qazanacaqlar. Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli isə peşəkarlardan ibarət bir komissiyanın, işçi qrupunun yaradılmasını zəruri sayıb: “Telekanallardakı texniki vəziyyət yerində araşdırılmalı, vəziyyətin necə olduğu müəyyənləşməlidir. Çünki bu, birbaşa maliyyə ilə bağlı olan məsələdir. Bir konsepsiya da müəyyənləşdirilməlidir ki, ayrılan pul düzgün istiqamətə xərclənsin”.
Naiə Rövşənqızı

671