“Varlı qadın” Qazaxıstan Dövlət Musiqili Dram Teatrında
14 sentyabr 2011 15:09 (UTC +04:00)

“Varlı qadın” Qazaxıstan Dövlət Musiqili Dram Teatrında

Qazaxıstanın Akmola vilayətinin Kokşetau şəhərində Şahmet Xusainov adına Qazaxıstan Dövlət Musiqili Dram Teatrında Əli Əmirlinin “Varlı qadın” komediyası qazax dilində tamaşaya qoyulub.

Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komediyanın quruluşçu rejissoru F.Kanafin bu əsərə müraciət etməsinin səbəbini belə şərh edib: “Ə.Əmirlinin pyesinin mövzusu puldur. Biz də bunu əsas götürərək tamaşada məhz bu ideyanı qabartmağa çalışmışıq: pul, sərvət əldə etmək üçün hər şeyə hazır olan və bu yolda bir çox əbədi insani dəyərləri itirməyə hazır insanların mənəvi yoxsulluğunu göstəririk”.

Tamaşaçıların maraqla qarşıladıqları “Varlı qadın”da teatrın əsas aparıcı aktyorları məşğuldur. Pyesi qazax dilinə Yerbolat Bayat tərcümə edib. Bu tamaşa Qazaxıstan teatrlarının “Varlı qadın”a ikinci müraciətidir. Ötən il ölkənin paytaxtı Astana şəhərində yerləşən M.Qorki adına Rus Dram Teatrı bu əsəri özünün 110 illik yubiley repertuarına daxil etmişdi. “Varlı qadın” 1999-cu ildə mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında, 2003-cü ildə isə Akademik Milli Dram Teatrında Bəhram Osmanovun quruluşunda səhnələşdirilib Daha sonralar əsər ölkənin əksər teatrlarında, habelə xarici ölkə teatrlarında rus, tacik, qırğız, qazax, ləzgi və kumık dillərində tamaşaya qoyulub. M.Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrının tamaşası Orta Asiya ölkələrinin II Beynəlxalq teatr festivalında iki nominasiya üzrə qızıl medala layiq görülüb.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar