Azərbaycanın gənc vokalçısı “Sozvezdie-2011” müsabiqəsində qələbə qazandı
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən Lent.az-a verilən məlumata görə, Məhərrəm Hüseynli 13-16 yaş arası yeniyetmələrin musiqi müsabiqəsində qızıl medala və diploma layiq görülüb. Avstriya, Ukrayna, Almaniya, Rusiya və Macarıstanın aparıcı mədəniyyət xadimlərinin daxil olduğu münsiflər heyəti festivalda həmyerlimizin səs, səhnə mədəniyyəti, ifaçılıq qabiliyyəti, repertuar zənginliyini yüksək qiymətləndirib.
V.Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyası və Müslüm Maqomayevin repertuarından ölkəmizə ithaf olunmuş ən gözəl əsərlər sırasından olan “Azərbaycan” mahnısı M.Hüseynliyə qələbə qazandırıb.
Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılığı vasitəsilə Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi, yetişməkdə olan gənc nəslin yaradıcı potensialının daha da inkişaf etdirilməsidir.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06