Əbülfəs Qarayev Həştərxanın mədəniyyət naziri ilə görüşüb - FOTO
Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında mədəni əlaqələr, eləcə də Həştərxan vilayəti ilə qarşılıqlı əməkdaşlıq, gələcəkdə bu sahədə birgə görüləcək işlər barədə danışılıb.
Qonağı salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafında maraqlı olduqlarını deyib. Həştərxanda Nəriman Nərimanovun adını daşıyan rayonun olmasından məmnunluğunu dilə gətirib.
Ə. Qarayev Azərbaycanda keçirilən festivallar barədə xanım həmkarına məlumat verib. Həştərxanın mədəniyyət, incəsənət kollektivlərini Üzeyir Hacıbəyli, Qara Qarayev, Bülbül adına musiqi festivallarına dəvət edib. Noyabrda keçiriləcək Beynəlxalq Kukla Teatrları Festivalında Həştərxanın Kukla Teatrının iştirak etməsini məsləhət görüb. Nazir onu da deyib ki, gələn mövsümdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası təmirə dayanacaq. Təmir gedən müddətdə Həştərxan və Azərbaycan teatrları, eləcə də Xoreoqrafiya Məktəbi arasında təcrübə mübadiləsi aparıla bilər.
Həştərxan vilayətinin mədəniyyət naziri İrina Tarasova isə Bakıda olmaqdan məmnun olduğunu söyləyib. Xanım nazir Müasir İncəsənət Muzeyinə, İncəsənət Muzeyinə və Gənc Tamaşaçılar Teatrına baş çəkdiyini qeyd edib. Həştərxanda keçirilən festivallardan söhbət açan İ. Tarasova Azərbaycan kollektivlərini orada görməkdən şad olacağını deyib.
Daha sonra görüş jurnalistlərin iştirakı olmadan qapalı şəraitdə davam edib.
Xəyalə Muradlı

832