Ramazan bayramında İçəri Şəhərdəki bütün məkanlara giriş pulsuz olacaq
Avqustun 30-da Ramazan bayramı münasibəti ilə İçəri Şəhərdə yerləşən bütün muzeylərə, Qız Qalası və “Şirvanşahlar Sarayı Kompleksinə” giriş pulsuz olacaq. Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər.
Məlumata görə, həmin gün idarə tərəfdən ziyarətçilərə mədəni irsimiz, tarixi abidələrimizlə tanış olmaları üçün pulsuz ekskursiyalar da təşkil olunacaq.
Tədbirlər çərçivəsində eyni zamanda “İçərişəhər” tarixi muzeyi tərəfindən “Qədim Şəhərdə bir gün” adlı tədbir keçiriləcək, 11 nömrəli Xüsusi internat məktəbinin valideyn himayəsindən məhrum uşaqları üçün İçəri Şəhərdə gəzinti təşkil ediləcək.
Həmin gün saat 11.30-da Qız Qalasının qarşısındakı meydanda Dövlət Neft Şirkətinin Nəfəs Alətləri Orkestrinin ifasında konsert proqramı keçiriləcək.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06