“Halay” XVIII Beynəlxalq Folklor Festivalında iştirak edib – FOTO
Avropada məşhur olan bu festivalda müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor ansamblları çıxış edib. Bu il keçirilən festivala Türkiyə, Fransa, Çin, Rusiya, Kanada, Bolqarıstan, Rumıniya və digər ölkələrdən 20 rəqs kollektivi qatılıb.
Lent.az-ın məlumatına görə, festivalda Azərbaycan bu il ilk dəfə olaraq iştirak edib. Ölkəmiz festivalda Lətifə Mövsümovanın rəhbərliyi altında Masallı rayonunun “Halay” folklor rəqs kollektivi ilə təmsil olunub.
Festivalın açılış mərasimi avqustun 14-də keçirilib. “Halay” qrupu festival günlərində Sazhalombatta şəhəri ilə bir sırada Macarıstanın Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə çıxış edib. 25-30 dəqiqəlik çıxışlar zamanı müxtəlif Azərbaycan milli rəqslərindən ibarət rəngarəng proqramlar tamaşaçıların diqqətinə təqdim olunub. Azərbaycan milli rəqsləri həm tamaşaçılar, həm də digər iştirakçı ölkələrin rəqs qruplarının üzvləri tərəfindən böyük maraqla qarşılanıb. Avqustun 21-də isə festivalın rəsmi bağlanış mərasimi olub.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06