Siyavuş Aslan: “Maraqlanan da yoxdur...”
Bu sözləri APA-ya açıqlamasında dünən evə buraxılan Azərbaycanın xalq artisti Siyavuş Aslan deyib. Xəstəlikdən sonra ilk dəfə olaraq APA-ya danışan aktyor, Azərbaycan xalqına da salamlarını çatdırıb: “Azərbaycan xalqını salamlayıram. Onlara Allahdan hər zaman sağlam olmağı diləyirəm. Hər şeyin ən xeyirlisi sizin üçün olsun”.
Səhhətində problemlər yaşayan aktyor diqqətdən kənarda qalmasından da gileylənib: “Əvvəllər yanıma gəlib-gedərdilər. İndi görürlər pisəm, gəlib-gedən də, maraqlanan da yoxdur. Bu, çox pis şeydir. Allah pis xəstəlikdən hamını uzaq eləsin. Arzu edirəm, ayağa qalxım...”
Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan avqustun 3-də ağır vəziyyətdə 4 saylı Şəhər Xəstəxanasına gətirilib, sonradan isə Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Müayinələr nəticəsində xalq artistinin işemik insult keçirdiyi məlum olub. Dünən isə aktyor evə buraxılıb.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06