Azərbaycanın tanınmış müğənnisi vəfat edib
19 avqust 2011 10:00 (UTC +04:00)

Azərbaycanın tanınmış müğənnisi vəfat edib

Azərbaycanın tanınmış müğənnisi, “Göy göl” Dövlət Mahnı və Rəqs Ansamblının solisti Rövşən Behcət dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, Rövşən Behcət uzun sürən xəstəlikdən sonra avqustun 18-də 66 yaşında Bakıda vəfat edib.

Mərhum sənətkarla vida mərasimi bu gün Gəncə Dram Teatrında təşkil ediləcək.

Xatırladaq ki, Rövşən Behcət əslən Cənubi Azərbaycandandır. Behcət soyadı da ordan gəlmədir. O, 1945-ci il martın 17-də Təbrizdə dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb.

İfaçılıq sahəsində tezliklə uğur qazanan Rövşən Behcət 1969-cu ildə Fikrət Verdiyevin yaratdığı “Göy göl” xalq çalğı alətləri ansamblında çalışmağa başlayır. 2000-ci ildə müəyyən narazılıqlara görə, bu ansambldan ayrılır. Ondan sonra Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun müdiri Ramiz Mirzəyevin təklifilə “Neftçi” ansamblına işə dəvət olunur.

Rövşən Behcət uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.
# 691

Oxşar yazılar