“Axır ki, Sabiri otuzdurdular” -
Lent.az-ın “Daşlaşmış tarix” layihəsinin növbəti yazısı Bakının mərkəzində yerləşən məşhur abidəyə - Mirzə Ələkbər Sabir heykəlinə həsr olunub. Bu heykəl ilk dəfə 1922-ci ildə Bakıda elə indiki yerində qoyulub. Əsərin müəllifi tanınmış heykəltəraş Yakov İosifoviç Keylixis tərəfindən qoyulub.
Y.Keylixis Odessa Rəssamlıq Texnikumunda və Florensiya Rəssamlıq Akademiyasında təhsil alıb. O, 1908-ci ildə Bakıya gələrək müxtəlif təhsil ocaqlarında şəkil çəkmə və yonma sənəti üzrə dərs deməyə başlayır. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Bakı şəhərinin təsviri həyatının zənginləşməsində fəal iştirak edir. 1922-ci ildə isə memar Y.Sirişevin layihəsi əsasında Azərbaycanın ən böyük satirik şairi Mirzə Ələkbər Sabirin heykəlini hazırlayır.
Sabirin heykəli Azərbaycanda ilk heykəltəraşlıq abidəsidir
Elmlər Akademiyasının Rəyasət Heyətinin binasından Gənclik meydanına qədər yaşıllığa bürünmüş böyük bir sahə Nizami meydanının yaşıl kompleksi ilə üzvü surətdə birləşmişdi. Bu yaşıllığın yuxarı hissəsində düz qala divarlarının yanında kiçik bir bağ yerləşir. Hələ 1922-ci ildə memar Q.Əsgərovun layihəsi əsasında salınmış bu bağda elə həmin il böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin heykəli ucaldılır. Azərbaycanda ilk heykəltəraşlıq abidəsi olan Sabirin heykəli realistik planda həll olunmuşdu. Heykəl öz ölçülərinə uyğun gəlməyən və onu alçaq göstərən dördkünc kürsülük üzərində yerləşdirilmişdi. Abidədə bir qədər uğurlu alınan element onun ön görünüşü idi. Buradan heykəlin silueti çox aydın seçilirdi. Xalqın ehtiraslı satirik şair kimi tanıdığı Sabirin mənəvi dünyası Keylixisin əsərində ümumiləşdirilmiş halda verilmişdi. Lakin mütəxəssislərin fikrincə, şairin heykəltəraş Keylixis tərəfindən işlənmiş heykəli o qədər də uğurlu həll edilməmişdi...
36 ildən sonra Sabirin heykəli götürülür, yerinə başqası qoyulur
Rəssamlıq Akademiyasının baş laborantı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dissertantı, sənətşünas Samir Sadıqovun sözlərinə görə, abidədə çatışmayan xüsusiyyətlər həqiqətən də mövcud idi: “Rus heykəltəraşlarının Azərbaycan heykəltəraşlıq məktəbinin yetişməsində rolu danılmazdır. Eləcə də Keylixisin. Amma həmin abidədə çatışmayan xüsusiyyətlər doğrudan da mövcud idi. Məsələn, simadakı quruluq, geyim eskizləri... Hətta zaman keçdikcə fikir səsləndi ki, bu heykəl milli ənənələrə cavab vermir, xüsusiyyətləri millilikdən uzaqdır, ona görə də onu götürmək lazımdır. Ona görə də 36 ildən sonra həmin heykəl götürülür, yerinə Sabirin başqa heykəli qoyulur. Deyirdilər ki, Keylixisin qoyduğu bu heykəl sonradan Şamaxıda ucaldılıb. Amma bu yaxınlarda tədqiqatçı Tahir Tağızadə qeyd etdi ki, həmin heykəl hazırda Sabir adına kitabxananın arxiv fondunda saxlanılır”.
Beləliklə, 1950-ci illərdə heykəlin yerləşdiyi bağın sahəsi daha da genişləndirilməyə, orada yenidən qurma və yaşıllaşdırma işləri aparılmağa başlayır. Bağın yenidən qurulması və qədim qala divarlarına açılan maraqlı görünüş sayəsində ərazinin memarlıq təsiri daha da güclənir. Və şairin heykəltəraş Keylixis tərəfindən işlənmiş heykəli o qədər də uğurlu həll edilmədiyindən yeni abidə yaradılması tələbatı ortaya çıxır. Bu işin də öhdəsindən heykəltəraş Cəlal Qaryağdı memarlar Q.Əlizadə və E.İsmayılovla birgə gəlir. 1958-ci ildə şairi ayaq üstə duran vəziyyətdə hazırlanmış heykəlinin yerində Cəlal Qaryağdının oturaq vəziyyətdə düzəltdiyi Sabir heykəli ucaldılır.
“Sabir kimi şairin heykəli ayaq üstə durmuş vəziyyətdə olsaydı, daha yaxşı olardı”
Özündən əvvəlki heykəlin yerində qoyulan bu abidə ölçüsünə, işlənmə üsuluna görə nisbətən kamera xarakterli olsa da, ətraf mühitlə, onu əhatə edən memarlıqla səsləşməsi baxımından uğurlu həll olunmuşdu. Nə İstiqlaliyyət küçəsinin qaynarlığı, nə Elmlər Akademiyasının qotika təmtərağı, nə də qədim Qala divarlarının sərt görkəmi heykəlin görünüşünə xələl gətirməmişdi. Ətrafında şairin dövrünə uyğun lampalar asılmış heykəl İçərişəhər divarlarının arxitektur tikintisinin estetik ifadəsinə böyük təsir göstərmişdi. Heykəltəraş Cəlal Qaryağdı M.Ə.Sabirin abidəsini şairin “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” məşhur kəlamının təsiri ilə yaratmışdı. O, abidəni intim səpkidə həll etmiş, oturmuş halda verilən heykəli kiçik xiyabanın mənzərəsi ilə əlaqələndirməyə çalışmışdı. Əlində kitab xəyala dalmış şairin mülayim, düşüncəli, kədərli nəzərləri irəli dikilmişdi. Onun sifətində, oturuş tərzində, libasında milli cizgilər mühüm rol oynayır. Qaryağdının yaratdığı Sabir surəti dərin zəkalı, ictimai ədalətsizliyə qarşı barışmaz, mübariz, vətənpərvər şair surətidir. Bu mübariz ruh heykəlin həm ümumi kompozisiyasında, həm də şairin məğrur simasında duyulur.
Samir Sadıqovun fikrincə, M.Ə.Sabirin abidəsi Cəlal Qaryağdının ən uğurlu əsərlərindən biridir və şəhərimizin mühitinə uyğunlaşmaqla ona özünəməxsus gözəllik verir: “Abidənin müvəffəqiyyətinin əsas səbəblərindən biri, mən deyərdim ki, heykəlin ətraf mühitlə son dərəcə səlis qovuşması və harmonik bağlılığıdır. Ən mühümü isə abidədə milli xüsusiyyətlərin olmasıdır. Amma şəxsən mənim fikrimcə, Sabir kimi satirik, mübariz, üsyankar şairin heykəli oturmuş vəziyyətdənsə, ayaq üstə durmuş vəziyyətdə olsaydı, daha yaxşı olardı. Hətta olmuş bir hadisəni danışım. Heykəl qoyulandan sonra yaxınlıqdan keçən ziyalılardan biri heykələ baxıb, deyir: “Axır ki, Sabiri otuzdurdular”. Elə bu cümlə nə demək istədiyimi göstərir”.
Xəyalə Muradlı

2971