Ayşad Məmmədov: “O qədər içmişdim ki, evə necə gəlib çıxdığımı bilmədim” – MÜSAHİBƏ – FOTOLENT
Əslində onu Azərbaycan tamaşaçısına tanıtmağa o qədər də ehtiyac yoxdur. Bircə rolunun adını çəkmək kifayətdir – “Bəxt üzüyü” filmində “alkoqolik” Hüseyn. Məhz bu rol Ayşad Məmmədovu bütün Azərbaycana tanıdıb sevdirdi. Baxmayaraq ki, o filmdən öncə teatr səhnəsində 100-dən çox obraz yaratmışdı. Amma nədənsə yalnız Hüseyn rolu sanki onun sənətdə “vizit kartı”na çevrildi...
Lent.az-ın müsahibi Hüseyn rolunun ifaçısı, əməkdar artist, hazırda Akademik Milli Dram Teatrının aktyoru olan Ayşad Məmmədovdur. Aktyor ilk olaraq sənətə gəlişindən danışdı.
- Belə demək olar ki, mən atamın yarımçıq qalan sənətini davam etdirdim. Biz Bakının Mərdəkan kəndindənik. Atam Tofiq Kazımovla qrup yoldaşı olub. Aktyorluğa böyük həvəsi vardı deyə aktyor olmaq istəyirdi. Amma o vaxtlar aktyora yaxşı yanaşmırdılar. Anam atamın qarşısında şərt qoymuşdu ki, əgər aktyorluq etsə, ona ərə getməyəcək. Atam da anamı çox sevirdi. Odur ki, sənəti sevgisinə qurban verdi. Atam aktyorluğun dalınca getməsə də, bu sənətə qəlbən bağlı olub hər zaman. Mərdəkanda “Nizami” klubunun rəhbəri olub, kinoprokatda işləyib. Tofiq Kazımovla da yaxın dost idi. Özü də, “Azdrama”nın o vaxtkı aktyorları da tez-tez bizə qonaq gələrdilər. O vaxt Tofiq Kazımov “Azdrama”nın baş rejissoruydu. Atamı teatrın bütün premyeralarına dəvət edirdi. Bəzən bir avtobus yığışıb teatra gedirdik. Ordakı əksər tamaşaları izləmişdim. Yadımdadı, bir dəfə Möhsün Sənaninin qrim otağına getmişdim. Hələ uşaq idim. Gördüklərim məni necə heyrətləndirdisə, o səhnə yaddaşıma əbədi yazıldı. Yəni, mənim uşaqlığım belə bir ortamda keçdi – sənət, teatr, tamaşalar haqda söhbətləri eşidə-eşidə böyüdüm. Və təbii şəkildə həyatımı teatrla bağlamaq qərarına gəldim. Özü teatrı sevdiyinə görə də bu sənəti seçəndə atam etiraz etmədi. Beləcə, mən aktyorluğa doğru addımlamağa başladım. Atam da hər uğurumu görüb sevindi. “Bəxt üzüyü” filminin Respublika Sarayında premyerası keçirilirdi. Atam da ora gəlmişdi. Hamı əsasən onu təbrik edirdi. Onda necə qürur hissi keçirirdi... Ancaq təəssüf ki, əməkdar artist adı almağımı atam görmədi. Çox istərdim bunu görsün. Bu, onun üçün böyük qürur olardı. Hələ Akademik Dram Teatrında işlədiyimi bilsəydi, mənimlə daha çox fəxr edərdi. Çünki ora onun üçün müqəddəs bir ocaq idi.
- Bakıda böyüyüb boya-başa çatsanız da, səhnə fəaliyyətinə Şəki teatrdan başlamısınız.
- O vaxtlar Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Şəki Dövlət Dram Teatrı tək Azərbaycanda yox, kənarda da tanınırdı. Biz onda hələ tələbə idik. Təbii ki, mən də bu kollektivin fəaliyyətini izləyirdim. Dramaturq, həmkəndlim Rəhman Əlizadənin bir neçə əsəri həmin teatrda oynanılırdı. Dəfələrlə onunla Şəkiyə gedib tamaşalara baxmışdım. Elə onda seçimimi etmişdim artıq və qərarımı Hüseynağa müəllimin özünə də demişdim. İnstitutu bitirəndə sözümün üstündə durdum və Şəkiyə işləməyə getdim. Baxmayaraq ki, mənə institutda müəllim kimi qalıb işləmək təklif olunmuşdu, mən Hüseynağa müəllimin teatrında işləməyi üstün tutdum. Beləliklə, yaxın dostum, mərhum aktyorumuz Ələkbər Hüseynov və bir neçə qrup yoldaşımla sözü bir yerə qoyub, Şəki teatrına getdik.
- Deməli, Gənclər Teatrında işləməyiniz də Hüseynağa Atakişiyevlə bağlıdır.
- Mənim ən yaxşı rollarım Şəki Teatrında olub. O vaxt bizi Moskvada daha çox tanıyırdılar, nəinki burda. Müxtəlif resenziyalar yazılırdı. Şəki Teatrında 9 il ərzində 60-dan çox obraz yaratdım. Sonra Hüseynağa müəllim Bakıya gəldi. 1989-cu ildə Gənclər Teatrını yaradanda biz də orada işləməyə başladıq. Sonrasını da bilirsiz... Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirildi. O vaxtdan da elə orada işlədim. Ta bu ilin əvvəlinə qədər. “Azdrama”da “Lənkəran xanının vəziri” tamaşası hazırlananda mən orda şair rolunu ifa etdim. Ondan sonra həmin teatrda işə dəvət etdilər. Mən də qəbul etdim.
- Hər halda Gənc Tamaşaçılar Teatrında aktyor kimi vəziyyətiniz yaxşı olsaydı, ordan çıxmazdınız. Çünki 3 ayrı teatrın kollektivi birləşəndən sonra orada aktyorlar arasında ayrı-seçkilik olduğu deyilirdi.
- Yox, şərt onda deyil. Hüseynağa Atakişiyevdən sonra hansı teatrda işləməyin mənim üçün fərqi yox idi. Hüseynağa Atakişiyevin teatrında çalışsaydım, əlbəttə ki, ordan ayrılıb “Azdrama”ya getməzdim. Amma o, olmayandan sonra fərq etməz. Bir də ki, “Azdrama” mənim sevdiyim ocaqdı axı.
O ki qaldı ayrı-seçkilik məsələsinə, mən buna ayrı-seçkilik deməzdim. Əgər ora Cənnət Səlimova gəlibsə, öz aktyorlarını irəli çəkəcək də, bu, təbiidir. Əgər Hüseynağa Atakişiyev gəlsəydi, bizi irəli çəkərdi. Mən bunu qanunauyğunluq hesab edirəm. Bunu pis qəbul etmək lazım deyil.
- Amma hər halda elə olmasaydı, siz ordan ayrılmazdınız.
- Yox, qətiyyən. Yenə deyirəm, Hüseynağadan sonra mənim üçün hansısa teatrda işləməyin fərqi yoxdur. Amma məni sevdiyim bir teatra dəvət etdilərsə, təbii ki, bundan imtina etmədim, məmnuniyyətlə razılaşdım. Özü də tək məni yox, Qurban İsmayılovu da dəvət etdilər, amma nəyə görəsə o, razı olmadı.
- Kinoda ilk işiniz “Bəxt üzüyü” filmində Hüseyn rolu olub. Ondan sonra bir neçə filmə də çəkilmisiniz. Amma bu rol sanki sizin vizit kartınıza çevrildi. Sizcə, niyə digər rollarınız Hüseyn qədər məşhurlaşmadı?
- Hər aktyorun həyatında gözəgəlimli bir rol olur. Yəqin ki, Hüseyn də mənim kino həyatımda ən gözəgəlimli rollarımdan biridir. Halbuki mən ona qədər teatrda 200-ə qədər rol oynamışam. Şəki Teatrından ta bu günə qədər. Mənə elə gəlir ki, teatrda ondan da uğurlu rollarım olub. Sadəcə kino göz qabağında olan bir sənət növü olduğu üçün adamı daha çox reklam edir. Tamaşaçını deyə bilmərəm, amma teatrda mənim özümün ürəyimcə olan rollarım olub.
- Bəs Hüseyn obrazı necə, o da ürəyinizcə idi?
- Əlbəttə. Bu rol mənim kinoda ilk işimdir. Özü də Vaqif Səmədoğlu o pyesi birinci dəfə Şəki teatrına gətirib. Mən də orda Rasim rolunda oynayırdım. Ondan sonra Sumqayıt teatrında qoyuldu. 1991-ci ildə isə Ramiz Əzizbəyli o pyes əsasında film çəkdi. Məndən başqa o rolun sınaq çəkilişlərində 3-4 nəfər iştirak etmişdi. Amma rejissor məni seçdi. Pyes mənim üçün ovcumun içi qədər aydın idi. Ordakı rollar da eləcə. Hüseyn rolunu da elə əvvəldən sevirdim. Çəkilişlərə gələndə mən daxilən bu rola hazır idim artıq.
- Bu rolu elə məharətlə yaratmısız ki, tamaşaçı sizin həqiqətən də içkili olduğunuzu zənn edir. Rol xətrinə çəkilişə həqiqətən də içkili vəziyyətdə gəldiyiniz olub heç?
- Yox, qətiyyən. Mən ümumiyyətlə səhnədə, çəkilişdə içkili olmağın, teatra sərxoş vəziyyətdə gəlməyin əleyhinəyəm. Ona görə belə bir şey olmayıb əsla. Həm bunu tək siz demirsiz, professionallar da belə düşünür. Məsələn, İrandan rejissor gəlmişdi. O, məndən soruşmuşdu ki, çəkiliş vaxtı içmişdin? Dedim, yox. Hətta o – işinin peşəkarı olan adam da belə düşünürsə, deməli, rol həqiqətən də uğurlu alınıb.
- Bəs həyatda içib o cür vəziyyətlərə düşdüyünüz vaxtlar olub?
- Bir dəfə olub. Gənc idim. Deyəsən qızım dünyaya gəlmişdi. Yoldaşım da evdə yox idi. Bir az orda, bir az burda dostlarımla xeyli içdim. İçkinin qədərini bilmədən əlbəttə. Evə də necə gəlib çıxdığımı bilmədim heç. Metroda məni kimsə görüb atama çatdırmışdı. Atam da yaxşı hal əhliydi, yeyib-içməyi xoşlayan adam idi. Dedi “hər korun oğlu Koroğlu olmaz”, yəni içə bilmirsən içmə. O vaxtdan sonra bir də elə hala düşmədim. Ümumiyyətlə, mən içən deyildim. Ayda, ildə bir dəfə məclisdən məclisə içirdim. İndi isə 15 ilə yaxındır heç içmirəm.
- Hüseynlə Ayşad Məmmədovun həyatı arasında hansısa oxşarlıq varmı?
- Oxşarlıq... (düşünür). Çətin sualdı. Aktyor hansısa obrazı yaradanda onu özünə yaxınlaşdırmaq istəyir. İçindəkiləri ora qoymaq istəyir. Yəqin ona görə çoxları elə bilir ki, mənimlə bu rol arasında oxşarlıq var. Şükür Allaha, mənim ailəmdə hər şey yaxşıdı. Təzə vaxtlar çətinliklərim, sıxıntılarım, ev problemim olub. Amma indi qaydasına düşüb. Yoldaşım İlqarə Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Biz hələ Gənclər Teatrından bir yerdə işləyirdik. O vaxtdan bir-birimizi tanıyıb, bəyənib, ailə qurmuşuq. Düzdür, əvvəl-əvvəl xeyli çətinliklər vardı. Həm ev, həm maaş məsələsi. Birtəhər özümüzə ev düzəltdik. Üç il prezident mükafatı aldım. Onun büdcəyə xeyli köməyi oldu. Amma bu il nəyə görəsə kəsdilər. Bilmirəm niyə. Bir müddət mükafat alıb, sonra kəsiləndə büdcəyə böyük zərbə vurur. Amma ümid edirəm ki, “Azdrama”da vəziyyət xeyli yaxşı olacaq. Mənim üçün orada işləmək böyük nailiyyətdir. Çünki uşaqlıqdan oranın arzusunda olmuşam. Ora mənim üçün əlçatmaz, müqəddəs məkan sayılırdı. Düzdür, sonradan o biri teatrlar “Azdrama”nı gözdən saldılar ki, guya orda pafos var... Amma kim nə desə də, oranın dəyəri mənim üçün çox böyükdür.
- Nə qədər maaş alırsız?
- Akademik teatrda bir az çoxdur, 270 manat. Yoldaşım isə 170 manat alır. İndi “Qaynana” adlı seriala çəkilirəm. Ordan da müəyyən məbləğ alıram. Düzdür, o da azdır, amma buna baxmayaraq, işimi vicdanla görməyə çalışıram.
- Normal əmək haqqınız olsaydı, o seriala çəkilərdiz?
- Yox, çəkilməzdim. Maddi çətinliyim olmasaydı, məsələn, indi də prezident mükafatı alsaydım, heç vaxt seriala çəkilməzdim. Serial adamın fikrini parçalayır. Bölünürsən sanki. Yəni, fikrin yalnız teatrda, tamaşalarında olmur.
- Ayşad Məmmədov bugünkü həyatından razıdır?
- Axmaqlar deyə bilər ki, həyatımda hər şey əladır. Məncə, pis deyil. Bəzən elə şeylər var ki, kədər gətirir. Bəzi şeylər sevinc gətirir. Bütün günü teatrda olduğum üçün mənə elə gəlir ki, mənim əsl həyatım elə oradır.
- Bəs 60 yaşınıza az qalsa da, hələ də əməkdar artist olmağınız, prezident mükafatı almamağınız, cüzi maaş... bunları xatırlayanda necə, yenə sevinc hissləri keçirə bilirsiz?
- Yox, yox. Bunlar biz aktyorların yaralı yeridir. Əlbəttə, aktyorların maaşı qədərincə olsaydı, yaxşı olardı. Heç olmasa dolanışıq barədə düşünməzdik. Amma ümid sonda ölür. Əvvəllər mən lap bədbin idim. Kino və teatrın gələcəyini görə bilmirdim. Amma indi mənə elə gəlir ki, tədricən hər şey yaxşı olacaq.
- Aktyorluqla yanaşı, sizin rejissor kimi də bir neçə işiniz olub. Bundan sonra yenidən rejissor kimi hansısa tamaşaya imza atmaq niyyətiniz var?
- Yox, hələ ki. Bu saat “Azdrama”da o qədər işim var ki... Bir neçə rol üzərində çalışıram. Ona görə də rejissorluğa vaxt yoxdu. Həm də bu, mənim hobbim idi. Axı mən rejissor deyiləm.
- Amma yaxşı alınırdı.
- Alınırdı... yaxşı dostların sayəsində. Mənə arxa dururdular. Onda Gənclər Teatrı vardı, Rafael, Coşqun vardı. Ortaya bir ideya atan kimi dəstək verirdilər. Amma indi onlar başqa sahədədirlər. Mənim isə rejissorluğa vaxtım yoxdur. Həm də adam yaşa dolduqca həvəsdən düşür elə bil.
- Siz Uşaq Teatrı ilə birlikdə himn və bayrağımızın yaranmasına həsr olunmuş “Bayraq” pantomim tamaşasına da quruluş vermişdiz. Çox gözəl tamaşa idi. O tamaşanın aqibəti necə oldu?
- O tamaşa İntiqam Soltanın Uşaq Teatrında hazırlanmışdı. Sonradan eşitdim ki, İntiqam Soltan tamaşanı özü istədiyi kimi dəyişib, yeniləyib. Hətta mənə zəng vurub dedilər ki, niyə tamaşanı istədikləri kimi ediblər? Düzü, mən də özünə heç nə demədim. Çünki intriqa sevən adam deyiləm. Beləcə, sonu necə oldu bilmədim.
- Sizin bir hobbiniz də vardı – taxtadan heykəllər düzəltmək.
- Hə. Mən oynadığım obrazları da taxtadan yonmuşam. Bir heykəlim sınmışdı. Axır ki, bu məzuniyyətdə vaxt tapıb onu düzəltdim. Heyf ki, artıq bu işlə məşğul olmağa vaxt yoxdu. Son işimi hardasa 7-8 il bundan qabaq düzəltmişəm. Buna baxmayaraq, heykəltəraşlığı hələ də sevirəm. Amma bütün sevgilərin önündə teatra olan sevgim durur. Mən teatrı kinodan da çox sevirəm. Həyatımı onsuz təsəvvür etmirəm.
Xəyalə MURADLI

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06