Opera və Balet Teatrının simfonik orkestri Münhen tamaşaçılarını heyrətləndirib - FOTO
10 avqust 2011 17:36 (UTC +04:00)

Opera və Balet Teatrının simfonik orkestri Münhen tamaşaçılarını heyrətləndirib - FOTO

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il həmin festivala dünyanın 34 ölkəsindən - Avropa, Asiya və Latın Amerikasının müxtəlif ölkələrindən dirijor, rejissor və vokal sənəti ulduzları qatılıb. Festival çərçivəsində bütün konsert və tamaşalar anşlaqla keçib, Almaniya və Avropanın digər ölkələrində KİV və televiziya kompaniyaları vasitəsilə geniş işıqlandırılıb. Festivalın baş sponsoru dünya şöhrətli “Volkswagen” avtomobil şirkəti olub.

Simfonik orkestr avqustun 7-də festivalın Qrand-Final konsertində iştirak edib. Konsertdə dünya şöhrətli məşhur vokalçılar – Rossana Kardia (İtaliya), Yana Dolezilkova (Çexiya), Mariya Joze Rodriqes (Meksika), Uvone Fontane (Böyük Britaniya), Adam Kim (Cənubi Koreya), Anna Nesuba (Almaniya), Andrzey Saçuk (Polşa), Mario Tcanq (Kanada) və b. çıxış edibilər. Konsertin proqramına isə Qərbi Avropanın məşhur bəstəkarları C.Puççini, C.Verdi, C.Rossini, P.Maskanyi, P.Çaykovski, Ş.Qunonun populyar əsərləri daxil olunub. Qala-konserti Münhen opera sənəti festivalının baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrofk idarə edib. Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Azərbaycan bəstəkarları Q.Qarayev, F.Əmirov, T.Quliyev və P.Bülbüloğlunun musiqisi də yer alıb. Konsertin sonunda simfonik orkestr Q.Qarayevin “Yeddi gözəl” baletindən vals ifa edərkən zaldakı bütün tamaşaçılar ayağa qalxaraq musiqiçilərimizi alqışlayıblar.

Qala-konsertdə iştirak edən “Volkswagen” şirkətinin prezidenti Riçard Maysinqer həyat yoldaşı ilə birlikdə musiqiçilərimizə yaxınlaşaraq onları təbrik edib: “Biz bugünkü konsertdən böyük zövq aldıq. Orkestr bu gün yüksək professional səviyyədə çıxış etdi. Dünyanın ən məşhur bəstəkarlarının mürəkkəb əsərləri orkestrin ifasında böyük ustalıqla ifa olundu. Bu çıxış göstərdi ki, Azərbaycan təkcə öz nefti ilə deyil, həm də yüksək akademik sənəti və professionallardan ibarət simfonik orkestri ilə fəxr edə bilər. Bugünkü musiqi bayramını mən və həyat yoldaşım hər zaman xatırlayacağıq”.

Konsertdən sonra tamaşaçılar iki cərgəyə düzülərək avtobuslara minməyə yollanan orkestrimizin artistlərini yenidən alqışlamağa başlayıblar. Festivalın gedişini işıqlandıran qəzetlərdən bir çoxu öz materiallarında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin ifaçılıq səviyyəsi haqqında yüksək fikirlər söyləyiblər. Münhen opera festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk da Azərbaycan musiqiçilərini yüksək qiymətləndirib.

Xəyalə Muradlı
# 725

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26