“Qız və Qurd” - əbədiyyət nəğməsi - RESENZİYA
“Qız və Qurd” adlanır. Qarabağ hadisələrinin məsum qurbanlarının xatirəsinə həsr olunan kitabın hansı janrda qələmə alındığı göstərilməyib. Seçim sanki sonda oxucunun öhdəsinə buraxılıb. Nə adlandırmağımızdan asılı olmayaraq, dəqiq məlumdur ki, sırf publisistika, bədii ədəbiyyat nümunəsidir. Müəllifinin adı, atasının adı, soyadı istisna edilməklə kimliyi yalnız onu tanıyanlara bəllidir.
Onsuz da kitabın yaradacağı duyğular, emosional hisslər əsərin mütaliəçisini yekunda rahat buraxmayacaq. Suallar yağacaq: “Axı bu Zaur kimdir belə canavarların yaşantılarına incəliklərinə qədər bələddir”, “o, yazıçıdır, yoxsa ekoloq, psixoloq, filosof, ekspert...” Maraqların güc gələcəyi şəraitdə müəllifin – Zaur Akifoğlunun konspirasiya qaydalarına söykənməsi də köməyinə çatmayacaq. Əyani tanış olmaq istəyən oxucuları ilə üzbəüz söhbətləşmək məcburiyyətində qalacaq.
Mənə gəldikdə isə deyəcəklərim 25 ilin tanışlığı üçün qısa və konkret olduğundan inanmıram yetərli sayılsın. 1960-cı ildə anadan olub, Azərbaycan Dillər Universitetinin (keçmiş M.F.Axundov adına Xarici Dillər Universiteti) məzunudur, bir sıra ali məktəblərdə dərs deyib. Hazırda Azəri Press Agentliyinin (APA) rus dilinə tərcümə redaksiyasının baş redaktorudur. Əlavə edə bilərəm ki, medianın aktual problemlərinə dair mötəbər tədbirlərdə iştirakımız zamanı onun jurnalist və şəxsiyyət kimi xarakterik xüsusiyyətlərinə bələd olmuşam. Obyektiv fikirləri və mülahizələri ilə mükalimələrdən çəkinməyib, təklifləri reallığa söykənib. Hazırcavablığı, baməzəliyi ətrafında daim xoş aura, atmosfer yaradıb. Qəribədir, yubiley ilinə - 50 yaşınadək ilk kitabın çıxa, şəklin bir yana, üç-dörd cümlə ilə özün barədə məlumatı oxucudan əsirgəyəsən. Belə səpki, stilistika nə qədər gözlənilməz olsa da, Zauru lazımınca tanımadığımız qınağını diktə etsə də, xoş sürprizdir. Bunun naminə tənəyə məruz qalmaq da qəbuldur.
“Altun kitab” bizə sözün əsl mənasında qızıl kitab bəxş edib. Qiyməti çap materialının parlaqlığında, ölçü-biçimdə axtarmaq sadəlövhlük olardı. Mövzu orijinallığı, dil, üslub xüsusiyyətləri, məna dərinliyi, dövrlə səsləşməsi və digər özəlliklərə istinadən deyə bilərəm ki, “Qız və Qurd” nadir ərsəyə gələn əsərlərdən biri kimi belə dəyərləndirilməyə layiqdir. Kitab müasir ədəbiyyatımızda (bura tərəddüdsüz əvvəlki dövrü də əlavə edərdim) yeni hadisədir. Faciələrimizə, yaşantılarımıza yanaşmada bədii təfəkkürün novatorcasına yetişmiş baxışıdır.
Zaur başqa yazarların üçüncü, beşinci, yaxud onuncu əsərində iddia etdiyi uğura ilk kitabında imza atıb. Özü də dediyim kimi 50 yaşında. Gəlin təəccüblənməyək. İnsan ömrünün kamil çağında cilovlaya bilmədiyi fikirləri ictimailəşdirmək üçün özündə bədii yaradıcılığın məziyyətlərinə qatlaşmaq cəsarəti tapırsa, bu yalnız alqışlanmağa layiqdir. Ona görə kitabın ərsəyə gəlmə səbəbləri sırasında Z.Akifoğlunun “mən də yaza bilərəm” iddiasına düşməsinin gümana gətirilməsi qətiyyətlə kənara atılmalıdır. Bunun mahiyyətinə, fəlsəfəsinə varmaq istəyənlərin köməyinə əsərin 4-5-ci səhifələrindəki epiqraf xarakterli fikirlər gələcək. “Bu hadisə Qarabağda baş verdi. Bizə elə gəlirdi ki, hadisələr bu ilin yazında olmuşdu. Amma qocaların dediyinə görə, eyni adlı canavar həmin yerlərdə yüz il bundan əvvəl də yaşayıbmış”. Mabədində isə oxuyacaqsınız: “Keçmiş, əgər onu unutmusansa, olub keçənlər yox, yenidən təkrarlananlardır”.
Yüz illərin zehniyyətinin mürgüdən, unutqanlıqdan xilası üçün Vətənimizin erməni işğalına məruz qalan Qarabağ bölgəsinin adı çəkilir. Mövzunun bədii həlli müsibəti bir ölkə hüdudlarından kənara çıxarıb bəşəriləşdirir.
Zaurun intellektual səviyyəsinə bələd olduğumdan canavarlara aid kifayət qədər yazı, müxtəlif səpkili əsərlərlə tanışlığına şübhəm yoxdur. Nağd əminəm ki, bu sırada fenomen ingilis yazıçısı Cek Londonun “Həyat eşqi” də var. “Qız və Qurd”da da ölüm-qalım arasında qalan canavar həyat uğrunda mübarizədə insanla üz-üzədir. Lakin Zaurun yaratdığı dördayaqlı obrazı daha kamildir, indiyədək təqdim olunanlardan kifayət qədər fərqlidir. O, adi obraz deyil, qədim Türk xalqlarına məxsus bəşəri keyfiyyətləri özündə əks etdirən rəmzdir – Boz Qurddur. Sürüsü heç vaxt insan ovuna çıxmasa da, vahimədə saxladıqlarının qoçaqlığını, zirəkliyini, fəndgirliyini, fəhmini dəyərləndirərək Qurd adı ilə çağırmalarından qürur duyan varlıqdır. Sürü başçısı kimi özündə sələflərinə xas cəhətləri cəmləşdirib. Mühafizəkardır, yüz illərin qaydalarını qoruyur, nəslinin qayğısına qalır. Təmkinlidir, bütün canavarlar kimi o da danışmağı bacarmır, fəqət dərin yaddaşa malikdir. Müharibə Qurdun da sürüsünü ovla təmin etmək imkanlarını məhdudlaşdırdığından kritik vəziyyəti müşahidə etməklə qalmır. Yeni ov ərazisinə yiyələnmək üçün təhlükəli səfərə çıxır. Hadisələr də bu gedişat çərçivəsində əsasən gecələr cərəyan edir. Niyəsinə düz hədəfə dəyən ifadələr aydınlıq gətirir: “Gecə canavarın müttəfiqidir”.
Qurdun coğrafi mənada keçdiyi məsafə elə də uzun deyil, amma hər addımı təhlükəlidir. Müəllifin seçdiyi təsvirlər, fikirlər oxucunu daim həyəcanda saxlayır. Bütün bunlar mahir rəssam fırçasından çıxan ecazkar əsər təsiri bağışlayır. Kitabın üz qabığında rəssam Elçin Cabbarovun yer alan təsviri də mövzunun mahiyyətindən qaynaqlanır.
Bədii əsər sürü başçısının Qurd zirvəsində dayanma haqqının təsdiqidir. Bu missiya yalnız müəllifin üzərinə düşmür. O, oxucunu Qurdun mənşəyi, əcdadları, spesifik xüsusiyyətləri... barədə bilgiləndirir. Ucalığa meyl Qurdun Ərgənəkondan bəri genində məskunlaşıb. Həyatla ölüm arasında çarpışdığı taleyüklü məqamda vəhşi təbiətinə qalib gəlməsinin, ömrünün son anlarını yaşayan, erməni əsirliyində başına min bir müsibət gətirilən əsir qızcığazın qayğı, mərhəmət və nəvazişini cavablandırmasının mahiyyəti bunda axtarılmalıdır.
Ucalıq haqqı daha güclü rəqib, barışmaz düşmənlə çarpışmalarda əyani təsdiqini tapır. Sürüsünü yeni əraziyə aparmaq istəyən Qurd isə bir növ tənha qalıb. Dördayaqlı rəqiblərini ikiayaqlı vəhşilər ovlamayıb, “qrad”larla məhv ediblər. Özü isə total hədəfdədir. Yeganə sağ qalan nümunə kimi aradan götürülməsi üçün Sibirdən canavarların qənimi kimi tanınan şəxsin - muzdlu ovçunun nişangahındadır. Mahir mütəxəssis kimi tanınan ovçu Frol dərk edəcək ki, heç də fikirləşdiyi qədər asan işə razılıq verməyib. İzinə düşmək istədiyi dördayaqlı indiyədək ovladığı yüzdən çox canavarın tayı-bərabəri deyil.
Əsərdə Nigar epizodik surət olsa da olduqca güclü təsir bağışlayır. Müəllifin təqdim etdiyi insan obrazları qalereyasında yalnız o bu adı daşımağa mənəvi cəhətdən layiqdir. Nigar ikiayaqlı vəhşilərin əhatəsindədir. Onların kimliyi payada əsir gətirilən canavarın düşüncəsi ilə təsvir olunur: “Deməli, bunlar həmin adamlar deyil. Onlar başqa sürülərdəndir. Dilləri başqadır, həm də pis qoxuyurlar”. Nigar erməni işğalçıları tərəfindən başına min bir müsibət gətirilən azərbaycanlı balalarının ümumiləşdirilmiş surətlərindəndir. Müəllif heç də təsadüfi olmayaraq onu Qurdla köhnə tikilidə görüşdürür. Bu, rəmzlərin görüşüdür, yaddaşların qovuşması, sınağıdır. Nigar ömrünün son anlarını yaşamasına baxmayaraq nicat əlini canavara uzadır, onu buxovlardan azad edir. “Qurd” çağırmaqla tərəf müqabilinə həyat eşqini, mübarizliyi qaytarır. Bir vaxtlar Türk övladına işıqlı dünyaya yol göstərən Boz Qurda indi xeyirxahlığının əvəzi qayıdır. Müəllifin bu epizoddakı təsvirləri xüsusilə heyrətamizdir. Olduqca unudulmaz, təsirli səhnənin iştirakçılarının ağıllarına da gəlmir ki, hər ikisi ermənilərin soyqırımı hədəfindədir. Biri Türk soyundan olduğuna, digəri Türkçülük rəmzi kimi qəbul edildiyinə görə. Hökmü kəsən isə Tanrıya, müqəddəs kitablardakı ehkamlara asi çıxan, “böyük pəhriz” dövründəki günahların bu rəmzin məhvi ilə yuyula biləcəyini təlqin edən kilsə keşişi Şmavon, icraçısı dağ batalyonu komissarı, dinc sakinlərin qatili Xaçik və onun buyruğunu yerinə yetirənlərdir. Fikir, məqsəd konkretdir: “Rəmzlər olmayanda problem olmur”.
Müəllifin təqdim etdiyi həmin şəxslər üçün müqəddəs heç nə yoxdur. Pul və xəstə təfəkkür naminə istənilən cinayəti törətməyə hazırdırlar. Hətta ovçu Frol kimi ziddiyyətli şəxs də onların vəhşiliklərini üzlərinə çırpmaqdan çəkinmir, söyüşlər, təhqirlər yağdırır. Frolun özü də psixologiyasının əsiridir. Bu qədər qatı fikirlərdən sonra oxucu gümanına gətirir ki, təklifdən imtina edəcək. Gözləntinin əksinə olaraq tamah və hobbi müttəfiq kimi birləşir. Tamam orijinal metodla növbəti qurbanının izinə düşməyə çalışır. O, mütləq canavarla rastlaşmalıdır. Bunu Qurdun yuxuları da deyir. Ovçu məqsədinə çatma ərəfəsində pula yerikləyən erməni qatilinin qəsdindən güc-bəla ilə qurtulur. Həmin dəqiqələrdə sanki ovçu da canavarlaşır, dünya onun da gözündə boz rəngə boyanır. Qurd isə sürətlə minalanmış sahələrlə sürüsünə tərəf istiqamət götürür. Frol ovçu taleyində ilk dəfə məğlubiyyətə uğrayır, Qurd əbədi olaraq onun üçün əlçatmazdır...
Deməli, tarixi rəmzlərimiz daimidir, əbədiyaşardır. Bu, hamımızın daxilinə hakim kəsilən bir həqiqətdir.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

1460