Məşhur aktrisamızın 5 yaşlı qızı Türkiyədə serial qəhrəmanı oldu - EKSKLÜZİV -
Lent.az-ın məlumatına görə, türkiyəli prodüser və rejissor Nazif Tunç aktrisamızın qızını “Kanal 7”də yayımlanacaq “Qız anası” adlı seriala baş qəhrəman kimi dəvət edib.
Aktrisa bu barədə Lent.az-a eksklüziv açıqlamasında bildirib: “Qızım Sude o serialda baş rollardan birini – Şeymanı oynayacaq. Nazif Tunçla mən daha əvvəllər “Yaralı”, “Hacı” filmində və illər öncə “Show” kanalında yayımlanan “Asla unutma” adlı serialda birlikdə əməkdaşlıq etmişdik. Qızımın bu rolu alması təsadüfən oldu. Men Nazif bəyin yeni seriala başlayacağını eşitdim və rol alması üçün iki mənə yaxın aktrisanı onun yanına apardım. Sude də bizimlə idi”.
Görüş əsnasında Nazif bəy aktrisanın qızına rol təklif edib: “Söhbət zamanı Nazif bəy “ Sude, gəl səni çəkim. Mən nə desəm, onu oyna, dedi. Əvvəlcə zarafat kimi qəbul etdim. Çünki qızım 5 yaşındadır və belə bir dramatik bir rolu necə oynaya biləcəyini təsəvvür etmirdim. Həm də qızımın aktrisa olmasını da heç düşünmədim”.
Məlahət Abbasovanın qızı ilk məşqdən anasını və ətrafdakıları heyrətə salıb: “Qızım serialdakı ən dramatik rolunu elə oynadı ki, hamımız heyrətə düşdük. Nazif bəy üzümə baxdı . Mən ona “nə olar, bunu məndən istəmə” dedim. Çünki 15 illik, ən yaxın dostumdur və onun xətrinə dəymək istəmirdim. Nazif bəy məni 15 günə yola gətirdi. Çəkilişə 2 gün qalmış ailə böyüklərimizdən də məsləhət alaraq qərarımı verdim. Onu deyim ki, həyatımın ən çətin qərarı idi”.
Balaca Sude müqaviləyə görə, serialın 39 bölümündə yer alacaq: “Qız anası” mayın 18- “Kanal 7”də nümayiş olunacaq: “Artıq bundan sonra qızımın oynamasına tamaşaçılar qiymət verəcək”.
Lalə Yusifqızı

2112