Şəhriyar irsinin araşdırıcısı Əbülfəz Əli Məhəmmədi Bakıya gəlib
Böyük Azərbaycan şairi Seyid Məhəmməd Hüseyn Şəhriyarın ədəbi irsinin, həyat və fəaliyyətinin araşdırıcısı, Türk və Fars ədəbiyyatının təhqiqatçısı, İranın tanınmış söz adamlarından biri, Təbrizin İncəsənət Universitetinin müəllimi şair Əbülfəz Əli Məhəmmədi ailəsi ilə birgə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Bu barədə Lent.az-a BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, fondun nümayəndələrinin də iştirak etdiyi görüşdə Ə.Ə.Məhəmmədi Azərbaycana ilk dəfə gəldiklərini, ölkəmizin paytaxtının qonaqların çox xoşuna gəldiyini deyib. U.Rəhimoğlu görüşdə hələ 1992-ci ildə Fondun yaranması zərurətindən danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib.
O, Məhəmməd Hüseyn Şəhriyarın dünya mədəniyyətinin, o cümlədən Azərbaycan xalqının çox dəyərli bir ədəbiyyat incisi saydığını bildirib. U.Rəhimoğlu bu böyük şairin həyat və yaradıcılığının geniş tədqiqə və təbliğə daima ehtiyac olduğunu vurğulayıb. BAMF sədri ustad Şəhriyarın Azərbaycanda çox sevildiyini, oxucular tərəfindən onunla bağlı hər nəşrin, təhqiqatın, məlumatın diqqətlə izləndiyini deyib. O, rəhbəri olduğu “Avrasiya Press” nəşriyyatında Məhəmməd Hüseyn Şəhriyar haqqında Esmira Fuadın çapa hazırlanan “Söz sərrafı Şəhriyar” adlı kitabı da Ə.Ə.Məhəmmədiyə hədiyyə edib. Bununla yanaşı U.Rəhimoğlu qonağa Qarabağ həqiqətlərini əks etdirən müxtəlif kitablar və kitabçalar da hədiyyə edib.
Ə.Ə.Məhəmmədi xoş münasibətə və qəbula görə U.Rəhimoğluna minnətdarlığını bildirib. O, böyük Azərbaycan şairi Seyid Məhəmməd Hüseyn Şəhriyarın yaradıcılığını yaxından izlədiyini, araşdırdığını və onu şəxsən tanıdığını bildirib. Qonaq Şəhriyarın ömrünün son 5 ili ilə bağlı çox qiymətli məlumatları diqqətə çatdıraraq deyib: “Mən ustad Şəhriyarın öz xahişi ilə həyatının son 5 ilini həftədə 3 dəfə onunla görüşüb söhbətləşmişəm. Söhbətlərdə Şəhriyar əsərlərinin bir çoxunun yaranması səbəbindən, onlarla bağlı maraqlı hadisələrdən, bir çox maraqlı məsələlərə baxışlarından söz açıb. Özünün razılığı ilə bu söhbətlərimizi audio lentə almışam. Hazırda məndə Şəhriyarla söhbətimiz yazılmış 50 disk var. O disklər bu günə qədər heç bir yerdə səslənməyib. Yalnız iki saatlıq bir diski şairin oğlu Hadi Behcət Təbriznin xahişi ilə www.turuz.com saytına vermişəm. Onlar bunu öz saytlarında yerləşdiriblər.”
Qeyd edək ki, bu diskdə Şəhriyar “Heydərbabaya salam” poeması, onunla bağlı maraqlı hadisələri özü danışır. Eyni zamanda, diskdə Şəhriyar “Apardı sellər Saranı” Azərbaycan xalq mahnısı zümzümə edir. Görüşdə ikisaatlıq həmin audio lent dinlənilib.
Xatırladaq ki, 1954-cü ildə Təbrizdə anadan olan Ə.Ə.Məhəmmədi Türk və Fars ədəbiyyatının təhqiqatçısı kimi bir çox maraqlı işlər görüb. O, Molla Məhəmməd Xalxalinin əsərlərinin əlyazması üzərində təhqiqat işi aparıb və bununla bağlı kitabı nəşr olunub. Eyni zamanda, Ə.Ə.Məhəmmədi Mirzə Şəfi Vazeh haqqında İranda nəşr olunan ilk və hələlik yeganə olan kitabın müəllifidir. Ümumilikdə o, 17 kitab və 150 məqalə müəllifidir.
Ə.Ə.Məhəmmədinin son işi Şəhriyarın oğlu Hadi Behcət Təbrizi ilə birgə şairin seçilmiş şeirlərindən cəm olduğu “Şeydayiha” kitabı olduğunu deyib. Və sözügedən kitabı U.Rəhimoğluna təqdim edib.
Eyni zamanda, o, kitabın bir nüsxəsini də Nizami adına Azərbaycan Ədəbiyyat İnstitutuna çatdırmaq üçün U.Rəhimoğluna verib.
Ə.Ə.Məhəmmədinin Şəhriyarın oğlu Hadi Behcət Təbrizi ilə birgə layihələr həyata keçirəcəklərini də deyib.

821