Ermənilər Zeynəb Xanlarovanın mahnısı oğurladılar
Ermənilər daha bir Azərbaycan mahnısını oğurlayıb.
Ermənistanın “Şant” televiziyasında hansısa mədəniyyət evinin 10 illiyinə həsr olunmuş proqramda gənc ifaçı Azərbaycan mahnısını erməni dilində ifa edib. Bu ifaçını Azərbaycanın xalq musiqi alətlərindən olan tar, kamança, qaval və sazdan ibarət ansambl müşayiət edib. Bu barədə məlumatı kanalı izləyən tamaşaçılar ANS PRESS-ə verib.
Daha sonra isə həmin konsertdən olan kadrlar “Şant TV”nin internet saytında yerləşdirilib.
Onu da qeyd edək ki, erməni ifaçısı mahnının sözlərini dəyişərək, yalnız 1-ci bəndin 1-ci sözünü (sevgilim) saxlayıb.
Mahnının orijinal variantını sizə təqdim edirik:
“Sevgilim, mən sənə canan deməyim,
Bəs nə deyim, nə deyim?
Yox mənim başqa gözəllərdə gözüm
Sənin hicranına mən necə dözüm
Bəs nə deyim, nə deyim, nə deyim?...”
Xatırladaq ki, sözləri Süleyman Rüstəmə məxsus olan mahnının ilk ifaçısı SSRİ xalq artisti Zeynəb Xanlarova olub.

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15