Mədəniyyət və Turizm Nazirliyi 5 illik fəaliyyətinin hesabatını verdi – FOTOLENT
Lent.az-ın məlumatına görə, dəyirmi masada ilk olaraq baş nazirin müavini Elçin Əfəndiyev çıxış edərək nazirliyin 5 il ərzində gördüyü işə nəzər yetirib.
Elçin Əfəndiyev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi bu müddətdə 800-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir, müxtəlif ölkələrdə mədəniyyət günləri keçirib. Baş nazirin müavini təşkil olunan mədəniyyət günlərinin Azərbaycanın özünü ifadəsi, tarix və mədəniyyətinin təbliği, ölkələr arasındakı əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli olduğunu deyib. O, son 5 il ərzində teatr sahəsində görülən işləri də yüksək qiymətləndirib: “Teatr yalnız aktyorların, rejissorların istedadından deyil, həm də texniki təchizatdan asılıdır. Əvvəllər teatrlarımız bu baxımdan geri qalırdı, səhnə ləvazimatları, texnikası çatışmırdı. Ancaq son vaxtlar teatr binalarının təmiri ilə yanaşı texniki təchizat baxımından görülən işlər də həqiqətən göz qarşısındadır”.
Baş nazirin müavini çıxışında turizm sahəsində xeyli işlərin görüldüyünü, uğurların əldə olunduğunu söyləyib. Bu sırada Azərbaycan Turizm İnstitutunun yaradılmasını xüsusi vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi qurumun 5 illik fəaliyyətinə nəzərə yetirərək, bu müddət ərzində ölkə başçısı tərəfindən 300 fərman və sərəncamın, 5 dövlət proqramının qəbul olunduğunu deyib. Nazir əldə olunan nailiyyətləri sadaladığı zamanı muğam, aşıq sənəti, Novruz bayramı və xalçaçılıq sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsini xüsusi qeyd edib.
Teatrlarda görülən işlərdən söhbət açan Əbülfəs Qarayev vurğulayıb ki, 2006-cı ildə teatrlara 454 min, 2010-cu ildə isə 506 min tamaşaçı gəlib. Bundan başqa 5 il ərzində 49 yeni muzey müəssisəsi və 4 yeni tarixi qoruq yaranıb.
Kino sahəsindəki işlərdən danışan nazir Dövlət Film Fondunun yenidən qurulduğunu, hər il gənc və yaşlı rejissorlar tərəfindən 6-7 filmin çəkildiyini bildirib. Hələ də təmir işlərinin davam etdirildiyi “Nizami” kinoteatrının isə ilin sonuna qədər yeni kino festival mərkəzi kimi açılacağını da diqqətə çatdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov da Mədəniyyət və Turizm Nazirliyinin 5 illik fəaliyyətini müsbət dəyərləndirib. O bildirib ki, Mədəniyyət haqqında qanun hazırlanan zaman müvafiq qurumla birgə xeyli iş görülüb: “Birlikdə yenə də xeyli işlər görülməlidir. Biz Mədəniyyət komitəsi olaraq iddialı qanunlar hazırlaya bilərik. Amma onlar işləməyəcək. Ona görə də Mədəniyyət və Turizm Nazirliyinin təcrübəsinə ehtiyac var. Düşünürəm ki, Mədəniyyət haqqında qanun yenidən əsaslı şəkildə işlənməlidir. Orada prodüser anlayışı və digər məsələlər də nəzərə alınmalıdır”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar isə çıxışında teatrların repertuarları hazırlanan zamanı təmsil etdiyi qurumun da məsləhətlərinin nəzərə alınması istəyini dilə gətirib.
Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev də öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, mərasimdə Azərbaycanın əksər mədəniyyət obyektlərinin rəhbərləri, tanınmış mədəniyyət, musiqi, ədəbiyyat, elm xadimləri iştirak edib.
Xəyalə Muradlı

1183