Somert Moemin əsərləri Azərbaycan dilinə tərcümə edilib
Yazıçı-tərcüməçi Yaşar ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan məşhur yazıçı, dramaturq, esseist, ədəbi tənqidçi Somert Moemin seçmə əsərləri Azərbaycan dilinə tərcümə edib.
Lent.az-ın verdiyi məlumata görə, artıq oxucuların ixtiyarına verilən kitab “Şərq-Qərb” nəşriyyatında dərc olunub.
Kitada Somert Moemin “Teatr” romanı, “Sadiq arvad” və “Ledi Frederik” adlı iki pyesi, eyni zamanda “Tüksüz Meksikalı”, “Məqsədli izdivac”, “Luiza” və “Meyxyu” adlı novellaları yer alıb. Yazıçı-tərcüməçi Yaşar Azərbaycan prezidentinin sərəncamıyla nəşr edilən və müasir dünya ədəbiyyatı silsiləsinə daxil olan kitaba yazdığı ön sözdə qeyd edir ki, Somerset Moemin bütün əsərlərində oxucu peşəkarlığın gücünü hər kəlmədə, hər cümlədə hiss edir: “ Moem mövzunu özü üçün tam həll etmədən işə başlamır. Odur ki, onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar, bu qədər inandırıcı, bu qədər realdır. Bəli, əgər Moem ədəbiyyata gətirdiyi həyata belə ciddi yanaşmasaydı, oxucudan qarşılıqlı “əziyyət” tələb etməsəydi, bu populyarlıq tamam başqa səpkidə olardı. Əsas məsələ budur. Moem nəsri bütün təbiiliyi, sadəliyi, üslub bərbəzəklərindən xaliliyi ilə emosional həddə təsirli və həyatın özü qədər həyatidir”.

984