Bakıda Beynəlxalq Teatr Konfransı başlayıb –
Lent.az-ın məlumatına görə, konfransda Azərbaycan mədəniyyətinin, incəsənətinin nümayəndələri, dövlət rəsmiləri iştirak edib.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək prezident İlham Əliyevin imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən keçirilən konfransa dünyanın 30-a qədər ölkəsindən 70-dən çox teatr mütəxəssislərinin, tənqidçilərin, rejissor və dramaturqlarının, kulturoloqların iştirak etdiyini deyib. Bildirib ki, Azərbaycanda ilk dəfə təşkil olunan konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardır.
Nazir çıxışında Azərbaycan teatr sənətinin tarixindən, görülən işlərdən söhbət açıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilən 68 tamaşaya 1 milyon manatdan artıq vəsait ayrıldığını vurğulayıb. Rus Dram, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında təmir-bərpa, yenidənqurma işlərinin aparıldığını, müxtəlif ölkələrin rejissor, baletmeystr, xoreoqrafların dəvət olunduğunu, gənclərin Düsseldorf, Praqa, Ankara, Sverdlovskda təcrübə keçdiyini qeyd edib.
Ə. Qarayev erməni işğalı altında qalan şəhərlərin teatrları barədə də danışıb. Şuşa Dövlət Musiqili Dram, Ağdam, Füzuli, İrəvan Dövlət Dram teatrlarının qaçqın vəziyyətə düşdüyünü, binalarının dağıdılıb yandırıldığını, əmlakının talan edildiyini söyləyib: “Ancaq bununla belə bu teatrlar fəaliyyətini davam etdirir. Bunun özü də qürur verici bir haldır”.
Litva mədəniyyət nazirinin müavini Devidas Stafonqas belə bir mötəbər tədbiri təşkil etdiyinə görə, mədəniyyət və turizm nazirinə öz minnətdarlığını bildirib.
Konfransda YUNESKO yanında Beynəlxalq Teatr İnstitutunun İngiltərə nümayəndəliyinin rəhbəri Mevil Şurman, Çin Xalq Respublikasının Teatr Elmi Tədqiqatları Akademiyasının rəhbəri Lin Çin, Kanada Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının katibi Mişel Vayis, “Azerbaijan international” jurnalının baş redaktoru Betti Bleyer, Peterburq Teatr Akademiyasının professoru, “Beş axşam” beynəlxalq teatr festivalının rəhbəri Mariya Dmitrevskaya, Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri koordinatoru İbrahim Assiri və institutun Amerika üzrə katibi Piter Qoltfrat çıxış edərək belə bir konfransda iştirakdan məmnunluğunu dilə gətiriblər.
Konfrans plenar iclasla davam edəcək. Tədbirin rəsmi bağlanış mərasimi və teatr veb portalının təqdimat mərasimi noyabrın 10-da eyni məkanda baş tutacaq.
Xəyalə Muradlı

1195