
İlqar Cahangirov hələ işdən azad olunmayıb - AÇIQLAMA
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdar artist İlqar Cahangirovun işdən azad olunması ilə bağlı rəsmi xəbər yayıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata bildirilir: “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın aktyoru, əməkdar artist İlqar Cahangirovun işdən qovulması haqqında məlumat yayılıb. Teatrın rəhbərliyi rəsmi şəkildə bildirir ki, bütün bu xəbərlər şayiədir. Çünki İlqar Cahangirov öz xahişi ilə işdən azad olmaq üçün ərizə ilə kadrlar şöbəsinə müraciət edib və onun ərizəsinə müvafiq qaydada baxılmaqdadır. O, teatrın repertuarında olan bir neçə tamaşada əsas rolların ifaçısıdır. Və hələ ki, onun işdən azad edilməsi barədə rəsmi əmr yoxdur. Hər bir vətəndaşın işə qəbul olunmaq və işdən azad olunmaq hüququ vardır. Bu da İlqar Cahangirovun hüququdur. İlqar Cahangirov siyasi əqidəsinə görə deyil, özünün də qeyd etdiyi kimi daha yüksək məvacibli işdə çalışması ilə əlaqədar bu addımı atıb”.
Jalə
Jalə
Oxşar yazılar

Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52