Zərnigar Ağakişiyeva: “Təkliyin nə olduğunu indi anlayıram” - MÜSAHIBƏ –
“O teatrda heç kimin məndən ötrü gözü atmır”
Onun haqqında çox sözlər demək, roman yazmaq, bəlkə də film çəkmək belə olar. Amma o, öz həyatının romanını hələ də yaza bilməyib... Söhbət öz şəxsi həyatını unudub teatr, tamaşaçı sevgisi ilə kifayətlənən, bu gün isə təkliyin nə olduğunu anlasa da, bunu etiraf etməyə çətinlik çəkən, bəzən hətta qorxan, lakin bu qorxunu büruzə verməyən, hər sözünün başında “peşman deyiləm” deyən Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyevadan gedir. Bu gün Akademik Milli Dram Teatrının səhnəsindən tamaşaçıları salamlamasa da, filmlərdə mükəmməl ana və qaynana, psixoloji rollar oynamasa da insanların ürəyində alqışlanan Zərnigar Ağakişiyeva... O, alqışları ona ünvanlanan sevgi dolu baxışlar da hiss edir və sadəlövhcəsinə “məni sevən, ucaldan, yüksək qiymətləndirən xalqım qarşısında baş əyirəm” deyir... Çox zaman müsahibədən uzaq qaçan Zərnigar Ağakişiyeva APA-ya müsahibəsində həyatının gizli, bu günə kimi danışmadığı məqamlarına toxunub. Hər rolu ilə ürəyimizdə iz qoyan Zərnigar xanımla dövlətin ona verdiyi, yenicə köçdüyü evində görüşdük...
- Zərnigar xanım, necəsiniz, həyat necə davam edir?
- Həyat öz axarı ilə gedir. Allahın verdiyi ömrü yaşayırıq, özüm də pis deyiləm, vaxtı-vaxtında dərmanlarımı, vitaminlərimi içirəm, qidama fikir verirəm, bəzən isə özümə diqqət yetirmirəm. Uzun zamandır mütəmadi olaraq şəhərə gəzintiyə çıxıram, tədbirlərə gedirəm. Cəmiyyət arasına çıxanda, insanlardan yalnız müsbət enerji alıram. Tamaşaçıların ürək sözlərini dinləmək, onların sevgisini hiss etmək, bu sevgini gözlərindən oxumaq... Onların mənə olan sevgisi qarşısında aciz oluram. Bilmirəm onların sevgisinə necə və nə ilə cavab verim. Şəkillər çəkdirirlər, ürək sözlərini bildirirlər və bu məni sevindirir. Bu anlar həyatımda ən qiymətli anlardır.
“Həyatımı insanların ruhunu, qəlbini sevindirməyə həsr etmişəm”
- Sizin həyatınıza nəzər salanda hər zaman düşünürəm - Siz özünüz üçün deyil, cəmiyyət, insanlar və tamaşaçılar üçün yaşamısınız...
- Doğrudur... Həyatımın mənası da o olub. Bu gün teatra getməsəm də, tamaşaçı ilə səhnədən ünsiyyət saxlamasam da, bu o demək deyil ki hər şey bitib. Həyatımı insanların ruhunu, qəlbini sevindirməyə həsr etmişəm. Bu ömrüm boyu belə davam edib. Bu mənim həyatımın mənası, ən dəyərli anları olub. Nəinki peşmanam, əksinə sevinirəm ki, Allah mənə məhz bu yolu nəsib edib. Teatra gələndə özümə üç il vaxt müəyyənləşdirdim. Düşündüm ki, əgər tamaşaçı marağı zəif olsa, xoşagəlməz hal yaşansa, yerimdə saysam, çıxışlarım tamaşaçı tərəfindən orta səviyyədə qəbul olunsa, bu sənətdə qalan deyiləm. Amma bir il ərzində artıq hamı “o qız, filan rolu oynayan qız” dedi və adım yaddaşlarda, dillərdə qaldı. Əgər ürəklərdə varamsa, səhnədə olmasam belə, tamaşaçıların qarşısında baş əyirəm. Yəni bu həyatı mənim üçün maraqlı, sevincli, mənalı edən tamaşaçı olub.
- İstənilən münasibətlərdə sevgi ön sıralarda olur. Deyirlər, insanı da sevgi yaşadır. Siz, sadəcə tamaşaçı sevgisi ilə kifayətlənmisiniz...
- Təbii... Məni bu gün sənətə, həyata bağlayan şeyin tamaşaçı sevgisi olduğunu demirəm. Biz aktyorlar ömrümüzü nəyə sərf etdiyimizi bilirik. Ömrümüzü şübhəsiz tamaşaçıya sərf edirik. Tamaşadan sonra mənə yaxınlaşıb tanış olur, gül dəstəsi gətirilər. Bunların hər biri böyük diqqət, qiymət deməkdir. Ömrümü sənətə sərf etdim və buna heç də peşman deyiləm.
- Amma qurban vermisiniz... Bu illər ərzində ailə qurmaq arzunuz olub?
- Onu mən hiss etməmişəm. Axı insanı yaşadan sevgidir və mən bu sevgini alırdım. O sevgi, tamaşaçı sevgisi mənə xəyanət etmədi. Ümumiyyətlə, sevgisiz heç nə yoxdur, bu tək insan üçün nəzərdə tutulmayıb. Bütün canlıların sevgiyə ehtiyacı var. Heyvanlar da öz sevgilərini özlərinə məxsus şəkildə nümayiş etdirir və əvəzini istəyir. Həyat sevgi, məhəbbət üzərində qurulub. Sevgi ailədə də olur. Əgər orda təmənna yoxdursa. Bəzən elə olur ki, ailələr qurulanda müəyyən təmənnalar güdülür. Qarşılıqlı sevgi əsasında ailə qurmaq, uşaqların bu ailədə sevgi içərisində böyüməsi başqa şeydir. Hər zaman düşünmüşəm ki, ailə həyatım ya belə olsun, ya da heç olmasın. Başqa cür istəmirəm, istəməzdim də. Həmişə çəkinmədən demişəm ki, ailə o zaman ailə olur ki, hər iki tərəf bir sənətin yolçusu olur, günü-güzəranı maraqlı, amalı bir olur. Amma cəmiyyətdə elə ailələr, insanlar var ki, onlar həyat yoldaşlarının aktrisa olmasını istəmirlər. Ona görə yox ki, bu, pis peşədir, yoldaşına baxırlar və s. Sadəcə ailənin mövcud bir proqramı və qanunu var. Ola bilər bunu qəbul etsinlər, amma sonda sən özün baxıb görürsən ki, günorta 3-ə qədər və axşam saat 7-dən 11-dək teatrdasan, bir ay qastroldasan. Bu adam olur azad, yəni sən varsan, ya yoxsan, onun daha fərqi yoxdur. Biri var ki, biz həyatın üzünə ideoloji, fantastik və yaxud mənəviyyat müstəvisində baxırıq. Həyatın üzünə dik baxanda görürsən ki, hər bir kişi işdən evə istirahətə gəlir, ailə başçısıdır, onu evdə isti nəfəs qarşılamalıdır. Əgər gəlib görür ki, evdə heç kim yoxdur, soyuducudan özü çıxarıb nə isə hazırlayırsa, bunlar hamısı səbəbdir. Təbii ki, ailə quranda kişi istəməz ki, həyat yoldaşının adı dillərdə hallansın. Bu həyatın reallığıdır, amma biz bunu nədənsə qəbul etmirik.
- Siz çıxışlarınızın birində 13 il bir insanla eyni evi bölüşdüyünüzü demisiniz.
- Bəli, həyat yoldaşım olub. Mən həddindən artıq sərbəst idim, o da özü üçün sərbəst idi. O ailə deyildi... Uşaq da olmurdu. Qadın azad olanda, kişi də başlı-başına qalıb o biri tərəfdə lap azad olur. Belə insanların birgə ailə qurması və bu ailənin ömür boyu davam etməsi mümkünsüzdür. Bizdə də belə oldu.
- Zərnigar xanım, yaşadığınız illər, problemlər, keçirdiyiniz stresslər Sizi belə iradəli edib, ya özünüzü sınmaz qadın kimi qələmə verirsiniz?
- Bu, çox ağır sualdır və suala cavab vermək üçün mən uşaqlığımdan başlamalıyam. Biz kənddən rayona köçəndən bir-iki il sonra rus məktəbinə getdim. Uşaqlıqdan mən insanları müşahidə, dərk etmək, başa düşmək, həyatın özünü, həyatın varlıqlarını dərk etmək istəmişəm, mən belə bir insan olmuşam. Daim suallara cavab axtarmışam. Görünür bəlkə də rol üzərində belə işləməyin də təməli o vaxtı – mənim anlamadığım vaxtlardan formalaşıb. Həyatda ağrılara, acılara qalib gələndə sevinc hissi də olur. Və yaxud sevinc hissi əvvəl gəlir, sonra ağrı və acıya dönür. Yəni, həyat təzadlıdır. Əgər bizi kənardan çox xoşbəxt görürlərsə, heç kim anlaya bilməz, bu, nəyin bahasına başa gəlib. Həyat həm ağır, həm mürəkkəb, çətin və nə yaxşı ki sevimlidir, gözəldir. Həyatın gözəlliyi onun rəngarəngliyidir, mən bütövlükdə insanın məskən saldığı planeti nəzərdə tuturam. Uşaqlıqda rəssam olmuşam və hər şeyi, dünyanın rənglərini müşahidə edirəm. Həyat gözəldir, tox, ya ac ol, dövlətli və ya kasıb ol. Çox istərdim ki, insanlar bir-birlərini çox sevsinlər, çox diqqətli olsunlar.
“Həyatımda uğursuz sevgi yaşamışam”
- Həyatınızda heç uğursuz sevgi yaşamısınız?
- Bəli, yaşamışam. O zaman başa düşmürdüm, çünki cavan idim. Səbəb mənim tutduğum o məkandır. Elə bir şey olmayıb ki biləsən – bu sevgini o sevgiyə qurban verməyə dəyər, ya dəyməz. Mən həmin məqamda, məhz həmin anda buna hazır idim. Həyatda ən böyük sevgi əlbəttə qarşılıqlı məhəbbətdir, söhbət yaxşı, möhkəm, sona kimi hər çətinliyə tab gətirən ailədən gedir. Ailədə böyük hörmət, izzət, mənalı davranış, qarşılıqlı istək olmalıdır. Elə-belə qapıdan girdi-çıxdı, bir-birlərindən xəbərsiz hara isə getdi, mən bu münasibətlərdən danışmıram. Övladların ailədə varlığı artıq münasibətlərin möhkəmlənməsi deməkdir. Artıq ümumi problem çıxır – böyütmək, həyat vermək, gələcəyini qurmaq.
- O zaman belə deyək – sevdiniz, inandınız, yanıldınız...
- Yanılmadım, sadəcə anladım, dərk etdim. Bu adama mənim sənətim lazım deyildi. İstəyir, amma ki bu məsələ imkan vermir. Çox qısa zamanda mən aktrisa kimi qəbul olundum. Məni başqa cür də təsəvvür etmirlər. Bu, çox qəliz məsələdir. Baxın indinin özündə məsələn, hansısa ailənin qızının adını çəkəndə nəslini belə soruşurlar və sözsüz ki, sənətini soruşurlar. Həkim, ya müəllimə olduğunu eşidəndə əladır deyirlər. Bu o demək deyil ki, bizim sahədə işləyən insanlar ailəyə layiq deyillər, amma biz başqasının duymadıqlarını duymağı bacarırıq, bizdə intellekt, bacarıq, istedad, insani keyfiyyətlər var.
“Teatrı seçdiyimə görə bir an belə peşman olmamışam”
- Həyatda istənilən peşədən bir gün ayrılmaq məcburiyyətində qala bilərsən. Müxtəlif səbəblərdən bu yaşanılır. Amma insan məhz o an həyatında səhv addımlarını və qərarlarını dərk edir. Siz bu gün səhnədən uzaqlaşmısınız, indi necə, həyatınızdakı bəzi qurbanlara görə peşmançılıq çəkirsinizmi?
- Yox, bir an belə peşman olmamışam. Həyat ağırdır, hətta vəzifədə olsan belə, hər hansısa üstünlüyün olsa belə, yenə də həyatın özünə görə bir ağırlıqları var. Kimsə kiməsə baxıb köks ötürərək ona bəxtəvərlik oxuya bilər, amma bəlkə də həmin insanın içi özünü, çölü özgəni yandırır. İnsan hansısa bir məqamda öz övladlarına, nəvələrinə, tutduğu mövqeyə, fəth etdiyi zirvələrə baxıb təsəlli tapır. Amma adam da var ki, elə hey görürsən ki, əziyyət çəkir. Xoş güzəranının da əziyyətini çəkir. Həyatda belə şeylər var və o səbəbdən həyatın özünü yaşamaq ağırdır. Həyat mənim üçün həmişə ağır olub, həyatdan qorxmuşam. Həm bu sənəti sevmişəm, həm bu, mənim üçün maraqlı olub. Teatra, səhnəyə, əsərlərə, rejissorlara, müəlliflərə, rəssamlara olan sevgim məni həyatdan uzaqlaşdırıb. Bu sənət özü də bir həyatdır. Həyatın içində həyat...
- Səhnədəki o alqışlar üçün darıxmırsınız?
- Xeyr, mən o alqışları indi insanların ürəyində və gözlərində görürəm. İnsanların ürəklərindəki, gözlərindəki sevgi dolu baxışlarından hiss edirəm. Evdə oturmağı xoşlayan insan deyiləm. Hər gün təbiətdən zövq almaq məqsədilə gəzirəm. Şəhərimiz də çox gözəlləşib və gəzərkən zövq alıram. Həmin o baxışlar mənim üçün alqışdır. Mən necə darıxa bilərəm?!
- Siz Akademik Milli Dram Teatrından gedəndən sonra bu məsələ ətrafında müxtəlif fikirlər dolaşdı. Həyatınızın mənası dediyiniz teatrdan niyə ayrıldınız?
- Əsl səbəbi yaş məsələsidir. Doğru deyirəm. Dövlətin qanuni var, 65 yaşa kimi harada işləyirsən işlə, bu yaşda təqaüdə çıxmalısan. Hətta bu məsələ teatrlara şamil olunmasa belə, sən əgər lazımsansa, çıxdıqdan sonra səni dəvət edə bilərlər. Hər tamaşanı müqavilə əsasında oynamaq olar. Nəsil dəyişir, burada fakturanın də çox böyük önəmi var, yəni, sən dünənkinin arasında necə görünəcəksən? Məndən sonra gələn elə nəsildir ki, onlar nənələri də, anaları da oynaya bilərlər. Yəni sənin üçün orada elə bir rol olmalıdır ki, o fakturada, o görkəmdə yalnız həmin aktrisa oynaya bilər. Bir məsələ də var, səhhətim buna imkan vermir. Artıq yaş özünü göstərir, orqanizm tələb edir və deyir ki, artıq məni rahat burax, daha stressə salma, mən bacarmıram. Bunu mənə mənim orqanizmim deyir. Artıq özüm də hiss edirəm ki, nə isə rahatlıq istəyirəm. Daha özgə faciələrini oynamaq istəmirəm. Bir var aktrisa oynamır, sadəcə, təqdim edir, amma özü qıraqda qalır. Mən özgə dərdini öz dərdim kimi oynayıram, özgə faciəsini öz faciəm edirəm. Buna ürək dözmür axı. Sənətimin əsas qayəsini təşkil edən psixoloji rollardan danışıram. On ildir ki, şəkər xəstəliyi ilə mübarizə aparıram. Bəxtiyar Vahabzadənin “Dar ağacı”nda iki oğul anasını o cür həyəcanla, o cür burulğanlarla, təslim olmamaq vüqarı ilə, həm də şəkərlə mübarizə apararaq oynamışam. Amma indi bunu istəmirəm. Sözsüz, ürək istəyir, amma orqanizmim mənə yalvarır, deyir ki, “get dərmanını iç, get vaxtlı-vaxtında rejimini saxla, get gəz, zövq al”. Sən demə, bütün bu xəstəliklərin baisi stress və əsəb imiş. İnsan hər şey üçün sarsıntı keçirir. İnsan həyatı rəngarəngdir, burulğanlıdır. Arzular insanı hər yerə çırpır. Arzu - bir istək və bir andı. Amma o arzunun reallaşmasına illər, o illəri yaşamağa dözüm, səbir lazımdır. İnsan səbir edə-edə yaşayır və arzularına çatır.
- Siz bir çox obrazlarınızda ana, qayınana rollarını canlandırmısınız. Necə olub ki, həyatda yaşamadığınız bu hissi səhnədə tamaşaçıya mükəmməl şəkildə çatdırmısınız?
- Allah dünyaya kişi və qadın, oğlan və qız bəxş edir. Üç yaşında əsasən rayonlarda olan qız uşağı süpürgənin başına ləçək bağlayır, hörür, qucağına götürüb lay-lay, nənni oxuyur. Bu təbiətin və həyatın qanunudur. Oğlan uşağı isə körpəlikdən maşınlara, polislərə həvəs göstərir. O yaşdan artıq hər kəs öz vəzifəsini icra edir. Analıq və atalıq hissi oradan gəlir. Hazırda oğlan uşaqları məni görən kimi özlərini üstümə atırlar ki, onları qucağıma götürüm. Onlar məndə nənəlik hiss edirlər. Bu xüsusiyyətlər təbii xüsusiyyətlər, Allah tərəfindən verilən vergilərdir. Səhnədə dediyiniz o rollara gəldikdə, deməli ana, qayınana olsaydım, belə olacaqdım...
- Zərnigar xanım, heç bu illər ərzində övladlığa uşaq götürmək istəyiniz olmayıb?
- İstəyim olub, amma imkanım olmayıb. İmkanıma görə də verməyiblər. İmkanım olandan sonra da artıq gec idi. Sonra da başqalarının ailələrində baş verən hadisələri gözdən keçirdim və bu fikrimdən daşındım. Heç nə də olmasa da, bilirdim ki, bu, mənim maddi durumuma görə baş tutmadı.
“Uşaqlıqdan təklənmişəm”
- Deyəsən hələ uşaqlıqdan tək qalmaqdan qorxmusunuz.
- Yox, bəlkə də hə. Uşaqlıqdan təklənmişəm desək, daha doğru olar. Daha doğrusu, özüm-özümü kənara çəkib tək olmuşam. Hətta evə çoxlu qonaq gələndə belə süfrəni yığıb, gedib özüm bir küncdə tək oturardım. Mənim öz dünyam vardı, təklənirdim. Bu mənim təbiətimdir. Tək, tək, tək. Nəyə görə? İdeallarına, arzularına, fikirlərinə, düşüncələrinə görə... Artıq bu gün yaşın elə məqamındayam ki, arzular da, sevgilər də, məhəbbətlər də... Amma bir şey məni yaşadır. Payıma nə qədər ömür düşüb bilmirəm, tamaşaçı sevgisinin də nə qədər olacağını bilmirəm. Həyatımın mənası məni bu cür düşünməyə qoymur. Bəzən soyuq havalarda evdə tək olanda qorxuram. Hər bir yaşlı insan tək qalmaqdan qorxur. Düşüncən sənə deyir ki, hər an yanında adam olmalıdır, çünki hər an nə isə baş verə bilər. Şükür Allaha, telefonlarımız var. Bəd ayaqda kiməsə zəng etmək olar. Pis anında özün təcili tibbi yardım çağıra bilərsən. Elə bilirdim ki, həyat təkcə teatrdan ibarətdir. Bircə mənim teatrda tutduğum mövqeyə, oynadığım rollara, obrazlara heç kim mane olmasın. Mənim teatrıma, səhnə həyatıma heç kim müdaxilə edə bilməz. Həyatım boyu qoruduğum məhz səhnə həyatım olub. Ora heç kim daxil ola bilməz. Mən heç zaman tək olduğumu hiss etməmişəm. Bu hissi yaşamağa tamaşaçı sevgisi imkan verməyib. Amma indi başa düşürəm ki, təklik nədir.
- Şəxsi xoşbəxtliyini teatra qurban verən bir aktrisa kimi, bu gün gənc aktrisalara nə tövsiyə edirsiniz?
- Bizim dövrümüzlə indiki gənclərin dünyaya baxışında başqa faktorlar önəmli yer tutur. İndi daha açıqgözdürlər, daha çox dərk edirlər, anlayırlar, qəbul edirlər, birgə övladları olur, birgə işə gedirlər. Bizim dövrümüzdə tələblər başqa idi. Gəncliyim indiki dövrə təsadüf etməyib ki, bu gün başqa cür düşünəm. Mən öz dövrümün düşüncəsi ilə yaşayan insanam.
“Həyatın özünü yaşamaq heç kəs üçün asan deyil”
- Teatrdan uzaqlaşandan sonra heç o məkana getmisiniz?
- Yox. Sözün açığı hələlik məndə o istək yoxdur. İstəyim olsa, yolumu kəsən yoxdur. Mən teatrdan çıxandan sonra müdiriyyət bildirdi ki, hər tamaşada bir yer onundur, gələ bilər, tamaşalara baxa bilər. İstədiyim məqam hələ yoxdur. Həyatın özünü yaşamaq heç kəs üçün asan deyil. Şəhərə 19 yaşında gəlmişəm və hər şeyi özüm etmişəm. Üç sənətim var. Mənim xasiyyətim əvvəldən təkəbbürlü olub. Heç kimə ağız açmamışam, özümə arxayın olmuşam. İndi başa düşürəm ki, görünür bu xüsusiyyətlərin xoşa gəlməyib. Elə indi də bəzən bu barədə deyirlər. O zamanlar harasa getmək üçün heç anamdan da icazə almazdım. Yalnız qızlar anamdan izn alırdılar və o zaman gedirdim. Anamdan da heç nə istəməmişəm. Doğma anam belə hərdən mənim bu xasiyyətimə hirslənirdi. Həmişə yox sözündən qorxduğum üçün heç bir qapı döyməmişəm.
- Çox sevilən, həm də tənha aktrisa olmanıza baxmayaraq, adınız ətrafında heç zaman söz-söhbət dolaşmayıb...
- Səhnəyə çıxmaq çox böyük məsuliyyətdir. Biri var səni tanımırlar, biri var sənə gül gətirirlər, səni sevirlər. Mən onlara necə adi münasibət göstərim? Axı onların mənə olan sevgisi zəhmətimin bəhrəsidir. Bunu dərk edirdim və səhnədə qazandığım sevgini də heç nəyə dəyişə bilməzdim. Teatrdan çıxdıqdan sonra isə düşünürsən ki, hər bir hərəkətinə diqqət yetirməlisən. Aylarla zəhmət çəkib rol oynayıb hörmət qazanırsan və qapıdan çıxan kimi onu itirirsən. Mən bunu etməmişəm.
- Buna görə də özünüzü çox şeydən məhrum etmisiniz?
- Mən heç zaman filan roluna görə tərifləndilər deyə qürrələnməmişəm. Bacardığım qədər çalışmışam ki, tərif mənə təsir etməsin. Çünki qazandığın məhəbbəti bir anda itirə bilərsən. Onda bu qədər oxumaq, zəhmət çəkmək nəyə lazımdır? İnsan gərək tapdığının üstündə əssin. Hamı bir-birini sevməyə məcbur deyil. Məsələn, filankəsdən zəhləm gedir, ona bir şey olsa sevinərəm deyə düşünənlər var. Çox adam məşhurluqdan müvazinətini itirir. O sevgi ilə, alqışlarla, tamaşaçı məhəbbəti çox ehtiyatla davranmaq lazımdır. Mən oxuduğum dövrdə bütün sənət adamları o cür idi. Ələsgər Ələkbərov və Sidqi Ruhulla bu günün özündə də aktualdırlar. O dövrün adamları elə olublar. Bu dövrün insanları tamam başqadır. Hər dövrün, hər ilin öz xarakteri, yaşam tərzi var.
- Müxtəlif dövrlərdə Akademik Milli Dram Teatrında fərqli rəhbərlərlə işləmisiniz. Hansı rəhbərin işi Sizi daha çox qane edib və Sizə hansı rəhbərlə işləmək daha rahat olub?
- Biz bu gün yaşa doluruq və teatrın nə olduğunu başa düşürük. Teatr böyük bir orqanizmdir. Nəhəng, böyük bir istehsaldır və hər şeyə cavabdehdir. Orqanizmi bir səviyyədə saxlamaq, idarə etmək çox çətindir. Yaradıcı heyət isə yalnız öz rolu haqqında düşünməlidir. Bu gün artıq elə bir zamana gəlib çatmışıq ki, teatrda mütləq dəyişiklik olmalıdır. Çünki nəsil, cəmiyyət özü, düşüncə, həyat tərzi, tələblər, intellekt dəyişir. Teatr xaricə getməlidir, respublikanı təmsil edir. Sözsüz, burada da cavanlıq böyük rol oynayır. Hazırda gənclik hər sahədə böyük rol oynayır, bu da fiziki güc baxımdan önəmlidir. Təbii ki, gələcək gəncliyindir, bu günün tamaşaçıları bizim dövrün tamaşaçıları deyil, bu, artıq yeni nəsildir.
- Bu gün yaşlı aktyorlara göstərilən dövlət qayğısından razısınızmı?
- Təqaüd alıram, ev verilib, xalq artisti fəxri tituluna sahibəm. Bütün bunlara görə sözsüz ki, sevimli prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Bu gün çox yaxşı şəraitdə yaşayıram, yerim rahatdır, necə deyərlər təqaüd dövrüm yaxşı keçir. Üstümdə şərəfli bir ad var.
“Bizim sənətin ağırlığı səhnə arxası münaqişə və intriqalardır”
- Teatra tamaşaçı qismində dəvət olunmusunuz, bəs hər hansısa rolda çıxış etmək təklifi almamısınız?
- Ötən il rol təklif olunmuşdu. Mənim şəkərim var, hazırda özüm oynamaq istəmirəm. Yəqin ki rol versələr, razılaşmaram. Səhhətim buna imkan vermir, bu işin rejimi, qidası, stressi var. Bir bəd xəbər, bir stress kifayət edir. Bizim sənətin ağırlığından biri də səhnə arxası münaqişələr, intriqalardır. O da qarışıq bir həyatdır. Bildiyim qədər, mənim teatrda xətrimi istəyirlər. Hər halda böyük hörmət bəsləyir və diqqət yetirirlər. İstənilən şəxsdə sevgi, anasına, bacısına, ailəsinə qarşı olur. Bizim sənətdə sevgidən başqa istək, istedadına görə böyük sənətini qəbul edib hörmət etmək, yaxınlıq, istilik, xarakter uyğunluğu var. Amma yenə də mən bu saat öz vəziyyətimdən, yaşımdan qorxuram. Şəkərli adamlar tünlükdən, stressdən, əsəbdən uzaq olmalıdır. Teatrdan hörmətlə çıxmışam, geri qayıtmaq nəyə lazımdır... O teatrda mənim üçün heç kimin gözü atmır. Bunu yüz faiz bilirəm. Hazırda yaşı çox olan və işçi gücünə malik olmayan aktyorlardan kim istəsən teatrdan çıxar, kim istəsə qalar. Sadaladığım məsələlərin kişi aktyorlara aidiyyəti yoxdur. Aktrisalar problemli olur. Məndən əvvəl işləyən aktrisalar da bu yaşda yavaş-yavaş sənətdən uzaqlaşıblar. Hərdən oturub düşünürəm ki, görəsən başqa cürə ola bilərdimi? Necə ola bilərdi? Bir yuvanı, təskinliyi, rahatlıq ocağını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tapdım və o rahatlığa, həyatımın mənasına görə xalqımıza minnətdarlıq bildirərəm və onların qarşısında baş əyirəm. Onlar məni bir sənətkar kimi qəbul ediblər, mənə bu qiyməti veriblər. Ağır həyatın da bir mənası varmış...
- Bu gün Siz öz həyatınızın rolunu səhnədə oynamaq istəməzsiniz?
- Öz həyatım üçün roman lazımdır...
- Özünüz yazın və özünüz səhnələşdirin.
- İstəmirəm, amma yaza bilərəm. Elə baxırsan ki, sanki məndən tələb edirsən.
- Bunu tək mən yox, bütün tamaşaçılar tələb edir.
- Bəlkə də edərəm. Amma gərək səhhətim imkan versin. Bunu etmək istəyərəm, bəlkə də edəcəyəm...

3085