Məleykə Əsədova: “Bir-birimizi yaxından tanımalıyıq” - FOTO
05 oktyabr 2012 16:43 (UTC +04:00)

Məleykə Əsədova: “Bir-birimizi yaxından tanımalıyıq” - FOTO

Akademik Milli Dram Teatrının akstirsası, xalq artisti Melykə Əsədova Hollandiyada bir sıra radio verilişlərinin qonağı olub. Bu barədə Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, sentyabr ayında qatıldığı proqramda o, Azərbaycan mədəniyyəti, teatrı haqqında ətraflı məlumat verib. Səfəri çərçivəsində aktrisa həmin ölkədə keçirilən gözəllik müsabiqəsində münsif kimi dəvət alıb. Lakin xalq artisti bu dəvətdən imtina edib: “Bu gün mənim üçün əsas iş qızım Gülərin tərbiyəsidir. Ona görə də mən heç vaxt onu tək qoyub gedə bilmərəm. Baxmayaraq ki, tətilə çıxanda onu da aparıram. Amma uzunmüddətli işlərlə bağlı, onu tək qoyub gedə bilmərəm. Qızım mənim sənətimdən qat-qat yüksəklərdə dayanır”.

Aktrisanın ailə həyatını nə vaxt quracağına gəlincə isə xalq artisti bu suala belə cavab verib: “Birinci dəfə ailə həyatım uğursuz olduğu üçün, ikinci dəfə belə bir səhv etməmək üçün diqqətlə düşünürəm. Çünki o, mənim tanımadığım insan olduğu üçün hazırda zamana ehtiyacım var. Daha dəqiq fikirləşmək, doğru qərara gəlmək üçün biz bir-birimizi yaxından tanımalıyıq. Əgər uğurlu alınarsa, o zaman qərar verəcəyəm. Amma hər şeydən öncə mən bir aktrisayam. Ailə həyatımla bağlı məsələləri müzakirə etməyi sevmirəm. Mən öz sənətimlə, tamaşalarımla gündəmdə qalmaq istəyirəm. Hazırda Azdrama-dakı tamaşalarıma hazırlaşıram. Məni sevənlərin hamısını tamaşaya dəvət edirəm. Qoy insanların xatirində öz tamaşalarımla qalım”.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5138

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29