Bakıda Avropa Film Festivalının açılışı oldu
Bu gün 4-10 oktyabr tarixlərində Bakıda keçiriləcək Avropa Film Festivalına həsr olunmuş mətbuat konfransı və açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, mətbuat konfransında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, "Park Cinema" kinoteatrının rəhbəri Namik Quliyev və litvalı kinorejissor Alqimantas Puipa iştirak ediblər.
Festivala həsr olunmuş mətbuat konfransında çıxış ediən Roland Kobia bildirib ki, Avropa Birliyi Azərbaycanla mədəni əlaqələrə çox böyük önəm verir: “Bu festival nə siyasət, nə də iqtisadiyyatdan bəhs etmir, burada söhbət yalnız mədəniyyətdən gedir. Festival çərçivəsində 15 film nümayiş olunacaq ki, bu filmlərin 14-ü Avropa Birliyi ölkələrində istehsal olunub, biri isə Azərbaycanda çəkilib. Biz, bu istiqamətdə Azərbaycan üçün bir yenilik etmiş olduq. Ötən il festivala çox böyük marağın olduğunu nəzərə alaraq, bu il hər film iki seansda nümayiş olunacaq”.
Mətbuat konfransında çıxış edən litvalı rejissor Alqimantas Puipa Azərbaycana ilk dəfə gəldiyini deyib: “Festival çərçivəsində mənim də filmim nümayiş olunacaq. Filmimin necə qarşılanacağına görə həyəcan keçirirəm”.
"Park Cinema" kinoteatrının rəhbəri Namik Quliyev Avropa Film Festivalının AB-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən hər il Bakıda təşkil olunduğunu deyib: “Festivalın keçirilməsində məqsəd Avropa Birliyi ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri inkişaf etdirmək, Avropa dəyərləri haqda olan anlayışı daha da artırmaqdır. Festival Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "Park Cinema"nın təşkilatçılığı ilə baş tutur. Festival çərçivəsində Azərbaycan ictimaiyyətinə müasir Avropa filmlərinin təqdimatı keçiriləcək”.
Qeyd edək ki, Avropa Film Festivalının proqramına Avropa 14 dövlət və Azərbaycanda istehsal olunmuş 15 filmin nümayişi daxildir. Bu çərçivədə tamaşaçılara musiqili komediyadan (İsveçdən “Səsin Sədası”), emosional drama (İtaliyadan “Yenə Öp Məni”), psixoloji trillerdən (Britaniyadan “Kevin haqqında danışmalıyıq”) tutmuş detektiv ssenarili filmədək (Belçikadan “Alsqeymer sindromu”) geniş çeşidli janrlarda filmlər təqdim olunacaq.
Festivala Litva kino rejissoru Algimantas Puipa, Polşa kino rejissoru Rafael Levandovski, alman kino rejissoru Eva Blondiau fəxri qonaq qismində qatılıb. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcək. Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiyada nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaq.

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26