Habil Əliyev: “Buna ehtiyacım var”
0
0
Lent.az-ın məlumatına görə, yubiley tədbiri oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Lent.az-a açıqlamasında yubileyinə ciddi hazırlaşdığını söyləyən Habil Əliyev deyib ki, həmin günü səbirsizliklə gözləyir: “Çalışıram ki, yaxşı olum. İndi mənim əhvalım çox gözəldir. Yaydan bəri yorğunluğum demək olar ki, çıxıb. Yubileyimdə yaxşı söz-söhbətlər gedəcək. Hər kəs haqqımda xoş sözlər söyləyəcək. Bunu səbirsizliklə gözləyirəm. Çünki bu cür sözlərə ehtiyacım var”.
Habil Əliyev yubileyində özünün də kamanda ifa edəcəyini deyib: “Əvvəldən söz vermişəm. Ona görə də, gərək yubileydə mən də kamanımda çalım. Yoxsa deyərlər, Habil sözünün üstündə durmadı. Mütləq çalmalıyam”.
Qeyd edək ki, xalq artistinin yubileyi iyunun 16-da keçirilməsi nəzərdə tutulsa da , havaların isti keçdiyi üçün xalq artistinin istəyi ilə oktyabra təyin edilib.
Jalə