İşgüzar adamlar üçün Britaniya ulduz falı (1-7 oktyabr)
QOÇLAR bu həftə “susmaq qızıldır” sözlərini əldə rəhbər tutmalıdırlar. Hətta firmanın işinin səmərəliliyinin artırılması barədə fikirlərinizi rəhbərliklə bölüşmək üçün növbəti həftəni gözləməyiniz məsləhətdir. Bədxərclik etməyin, çünki tezliklə peşmançılıq çəkəcəksiniz, aldıqlarınızın çoxunu isə ona-buna paylayacaqsınız.
BUĞALAR indiyədək işləmədikləri sahələrdə güclərini sınamaq istəyəcəklər, bu aralar çox ehtiyatlı olun. Ola bilsin, istirahət günlərini ailənizlə birlikdə keçirmək əvəzinə, maddi durumunuzu xilas etməklə məşğul olacaqsınız.
ƏKİZLƏR ətalət vəziyyətindən çıxıb, yorğunluq buxovlarından qurtulmalıdırlar. İndi elə bir vaxtdır ki, ulduzlar sizin ən ambisiyalı planlarınıza yaşıl işıq yandırır. Uğursuzluqlarınızı isə ibrət dərsi kimi qəbul edin, onda xeyli yüngülləşərsiniz.
XƏRÇƏNGLƏR çərşənbə axşamını və çərşənbə gününü düşərli gün kimi qəbul etməlidirlər. İmkan varsa, alacağınız məbləği cüzi saysanız belə, pul qazanmaqdan imtina etməyin. Astroloqlar sizin üçün darıxan yaxınlarınızdan qayğınızı əsirgəməməyi məsləhət görürlər.
ŞİRLƏRƏ olub-keçənləri xatırlamayıb ürəklərini boşaltmaq üçün köhnə və sadiq dostlarla görüşmək məsləhət görülür. Başınız dost məclisindən ayıldıqdan sonra işinizə dönəndə özünüzü daha güclü və enerjili hiss edəcəksiniz.
QIZLAR üçün bizneslə bağlı hələ də çətinliklər yaranırsa, çoxlu ciddi və ağrılı problemlər yığılıb qalıbsa, onları sonraya saxlamaq məsləhət görülmür. Kim bilir, bəlkə siz də ürəyinizi kiməsə boşaltmalı olacaqsınız.
TƏRƏZİLƏR işgüzar və şəxsi həyatın bir-birinə qarışdığı çox çətin dövrə qədəm qoyurlar. Lakin köhnə dostların və ya tərəfdaşların gözlənilmədən sizi arayıb axtarmaları vəziyyəti düzəldəcək, xoş ovqat bəxş edəcəkdir. Üstəlik, onlarla görüşdən sonra işləmək əzminiz möhkəmlənəcəkdir.
ƏQRƏBLƏRİN uğur qazanmaq şansı onların heç düşünmədən ixtiyar və imkan sahiblərinin yanında yer tutmaq bacarığından asılıdır. Lakin ciddi maliyyə əməliyyatlarına girişmək məsləhət görülmür. Yanlış qərarlar sizə baha başa gələ bilər.
OXATANLARA dincəlmək, əmək cəbhəsində özlərini yormamaq məsləhət görülür. Belə düşünməlisiniz ki, indiyədək çox şeyə nail olmusunuz və gələcəyiniz fiziki və ruhi vəziyyətinizin yaxşı olmasından asılıdır. Həftə sonu sizi sürpriz gözləyir. Deyəsən, maddi durumunuz yavaş-yavaş düzəlməyə başlayır.
OĞLAQLARIN iş planlarını naməlum gözəl qadın və ya yaraşıqlı kişi poza bilər. Yarınıza rast gəldikdən sonra məişət təkliflərinə saymazyana yanaşmayın. Həmin təkliflər böyük maliyyə marağı ehtiva edə bilər.
DOLÇALARA planetlərin əlverişli düzümü düzgün strategiya seçib, gəlir mənbəyinin harada olduğunu başa düşmək imkanı verəcəkdir. Yadda saxlayın ki, dünyada xeyirxah işlər deyilən məfhum da vardır. Yəni gördüyünüz xeyir əməllər bumeranq kimi sizə qayıda bilər.
BALIQLAR vəziyyəti ciddi təhlil edib səylərinin hədər getmədiyini görəcəklər. Rəhbərliyin rəğbətini qazanmaq üçün işdə gecənizi gündüzünüzə qatmağa dəyməz. Sizə tapşırılan işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək kifayətdir.
Azərtac

Oxşar yazılar

Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34