«Türk dünyası fəlsəfi və mənəvi dəyərlər» mövzusunda elmi konfrans keçirilib
Bu fikirdə olan Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası İdarə heyətinin sədri, professor Səlahəddin Xəlilov bildirib ki, tədbirin məqsədi ümumbəşəri fəlsəfi fikrin inkişafına töhfə verməklə yanaşı, milli dəyərlərlə bağlı araşdırmalar aparmaq, ortaq türk fəlsəfi terminologiyasının formalaşdırılması üçün xüsusi komissiya yaratmaq və gələcəkdə yüksək elmi-nəzəri tələblər səviyyəsində beynəlxalq fəlsəfi jurnal nəşr etməyə hazırlaşmaqdır.
Lent.az-ın İTV-yə istinadən məlumatına görə, tədbirdə qeyd olunub ki, qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün təşkilatlanma tələb olunur. Yəni məqsəd hər ölkənin öz fəlsəfə cəmiyyəti olduğu kimi, türk dünyasının vahid fəlsəfə cəmiyyətini də yaratmaqdır. Türkiyə fəlsəfə cəmiyyəti adından çıxış edən bu ölkənin Vatikandakı səfiri Kənan Gürsoy deyib ki, Bakıda türkdilli filosofların belə görüşü artıq 2-ci dəfədir baş tutur. Qloballaşma şəraitində bütün sahələrdə inteqrasiya getdiyi kimi, fəlsəfi tədqiqatlar sahəsində də fəaliyyətlərin əlaqələndirilməsi vacibdir. Lakin bu inteqrasiya ilk növbədə eyni fəlsəfi irsi bölüşən doğma xalqların öz aralarında getməlidir.
İndi hər bir ölkə və xalq öz milli fəlsəfi fikir tarixini tədris edir, gənc nəsli məhz milli düşüncə ənənələri zəminində yetişdirməyə çalışır. Bu, fəlsəfə tarixinə milli prizmadan yanaşma təşəbbüsüdür. Qazaxıstan Fəlsəfə İnstitutunun direktor müavini Serik Nurmuratov təmsil etdiyi ölkədə türk fəlsəfi irsinin öyrənilməsi istiqamətində görülən işlərdən danışaraq bildirdi ki, indiyədək bu sahədə 20-dən çox kitab nəşr olunub. Almatıda çıxan «Fərabi» və «İnsan Aləmi» jurnalları Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər isə alimlərimiz arasındakı bu əlaqələri bütövlükdə Türkiyə-Azərbaycan dostluğu üçün əhəmiyyətli sayır.
Tədbirdə türk fəlsəfi fikrinin araşdırılması və təbliğində xidmətlərinə görə türkiyəli filosov Kənan Gürsoy və «Şərq Fəlsəfi problemləri» jurnalının baş redaktoru professor Zümrüd Quluzadə Assosiasiyanın fəxri diplomu ilə təltif ediliblər. Fasilədən sonra konfrans işini bölmə iclasları ilə davam edirib.

915