“Azdrama” festivala gedir
24 sentyabr 2012 17:51 (UTC +04:00)

“Azdrama” festivala gedir

Akademik Milli Dram Teatrı IV Tiflis Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün 25-29 sentyabr tarixlərində Gürcüstanda olacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tiflis Beynəlxalq Teatr Festivalı 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və böyük tamaşaçı marağı cəlb edir. Statistik məlumatlara görə, bu günə qədər festival 30 minə yaxın tamaşaçı auditoriyası toplaya bilib.

14-30 sentyabr tarixlərində keçirilən festivalda İsveç, Böyük Britaniya, Polşa, Belarus, Almaniya, Çin, Fransa, Rusiya, Litva, İsrail, Meksika, Moldova kimi ölkələrin nüfuzlu teatr kollektivləri ilə yanaşı Akademik Milli Dram Teatrı da olacaq.

Festival çərçivəsində tamaşalar Ş.Rustavelli adına Dövlət Dram Teatrının, K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze adına Musiqi və Dram Teatrının, A.Qriboyedov adına Tbilisi Dövlət Rus Dram Teatrının, Azad Teatrın, və digər teatrların binasında nümayiş olunacaq. “Azdrama” festivalda xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Moldovalı rejissor Petru Vutkereunun quruluş verdiyi “Şekspir” tamaşası K.Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrının səhnəsində, yerli vaxtla saat 20.00-da nümayiş olunacaq. Ötən il Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində hazırlanan tamaşanın qısa süjeti aşağıdakı kimidir.

Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada əməkdar artistlər Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (baş həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (ər-arvad) və Anar Heybətov (Drob 13) çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar