Səhnədə Afaq Bəşirqızının halı pisləşdi
Xəstəxanaya yerləşdirilən aktrisaya ürək-damar çatışmazlığı diaqnozu qoyulub
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb. Aktrisanın həyat yoldaşı Əhməd Təhməzovun APA-ya verdiyi məlumata görə, aktrisa sentyabrın 23-də “Yeddi məhbusə anası” tamaşasında oynadıqdan sonra halı pisləşib: “Tamaşanın birinci hissəsi uğurlu olub, özünü yaxşı hiss edib. İkinci hissədə isə halı qəflətən pisləşib və dərman içib səhnəyə çıxıb. Tamaşa yekunlaşdıqdan sonra isə teatr rəhbərliyi ilə qərara gəlib ki, xəstəxanaya aparılsın. Dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib və həkimlərin nəzarətindədir”.
Ə. Təhməzov bildirib ki, Afaq Bəşirqızına ürək-damar çatışmazlığı diaqnozu qoyulub.
Hazırda aktrisanın səhhəti normallaşıb və müalicə davam etdirilir. Aktrisanın bir neçə gün xəstəxanada qalacağı gözlənilir: “Teatrda heç bir narazılıq olmayıb. Tamaşa yüksək səviyyədə keçib. Bu hal ilk dəfə deyil baş verib, bir neçə dəfə baş verib”, - deyə Ə. Təhməzov bildirib.

2990