“Gözlədiyimizdən də böyük coşqu ilə qarşılandıq”
Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı" üçüncü mərhələyə qədəm qoyub. Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festival artıq festival daha mühüm mərhələyə adlayıb.
Belə ki, layihənin prodüseri Zahid Nemətov və icraçı direktoru Ramil Ağasıyev bölgələrdə yaradıcı gənclərlə görüşüb ssenariləri təqdim edirlər. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva festivalla bağlı təəssüratlarını bölüşərək bildirib ki, festival üçüncü mərhələsinə qədəm qoyub: “İlk mərhələdə festivala start verildi, ssenari müsabiqəsi elan olundu, ikinci mərhələdə ssenarilər seçildi. 20 ssenari arasından 12-si fərqləndi. Qeyd edim ki, seçim tam şəffaflıq şəraitində aparıldı. Peşəkarlardan ibarət jüriyə anonim şəkildə təqdim olunan həmin yazılar arasından ən yaxşıları müəyyən olundu. Nəhayət, üçüncü mərhələdə təşkilat qrupunun üzvləri bölgələrə ezam olunaraq yaradıcı gənclərlə görüşə başlayıb. Bu görüşlər zamanı ssenarilər hər biri 10 nəfərdən ibarət 6 komandaya təqdim olunacaq. Yaradıcı gənclərlə elə ilk görüş mənim seçildiyim dairədə - Zərdab və Ucar bölgəsində baş tutub”.
Millət vəkili bildirib ki, bir ay müddətində tamaşaların məşqləri davam etdiriləcək. Daha sonra festival növbəti mərhələyə qədəm qoyacaq.
Bölgələrdə işin gedişatı ilə bağlı daha ətraflı hazırda layihənin icraçı direktoru Ramil Ağasıyev məlumat verib. Onun sözlərinə görə, hazırda altı bölgəyə səfər nəzərdə tutulub - Zərdab, Ucar, Ağdam, Şəki, Zaqatala, Sumqayıt: “İlk olaraq Zərdab bölgəsində yaradıcı gənclərdə görüşümüz baş tutdu. Biz rayon Mədəniyyət Evində gənclərlə görüşdük, onların arasından 10 nəfər ən istedadlı gənci seçib ssenarilərimizi təqdim etdik. Qarşıda daha beş bölgə yolumuzu gözləyir. Məqsədimiz bundan ibarətdir ki, həmin bölgələrdə yaradıcı gənclərlə görüşüb hər bölgə üzrə 10 nəfərdən ibarət komanda yaradaq, ssenarilərimizi təqdim edək. Onu da deyim ki, bu festivalın keçirilməsi ilə bağlı qabaqcadan elanlar vermişdik, reklam şitlərimiz yerləşdirilmişdi. Elan olunduğu kimi seçimlərdə iştirak etmək üçün yaradıcı gənclər rayon Mədəniyyət Evinin qarşısına yığılır”.
Ramil Ağasiyev bildirib ki, gənclər festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər: “Gözlədiyimizdən də böyük coşqu ilə qarşılaşdıq. Gənclər bu festivalın əhəmiyyətini yüksək qiymətləndirdi, onlara göstərilən bu qayğı və dəstəyə görə festivalın ideya rəhbəri, millət vəkili Jalə xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Qeyd edim ki, bölgələrimizdə teatr sənətinə maraq göstərən çoxlu sayda gənc istedadlarımızın şahidi olduq. Hər kəs bu festivalın iştirakçısı olmaq arzusundadır. Ssenarilərimizi onlara təqdim etdik, indi başqa bir bölgənin yaradıcı gənclərinin görüşünə gedəcəyik”.
İcraçı direktor onu da bildirib ki, seçilən 10 nəfərlik komandalar həmin ssenarilər üzrə tamaşalar hazırlayacaqlar. Proses noyabr ayına qədər davam edəcək: “Onlar öz yozumlarına görə tamaşalar hazırlayacaqlar. Sadəcə, kömək məqsədilə bizim onlara hər hansı bir məsləhətlərimiz ola bilər. Həm qızlar, həm də oğlanlar seçimdə böyük fəallıq göstərir, hər kəs bu festivalın iştirakçısı olmaq üçün yaxşı mənada dəridən-qabıqdan çıxır”.
Qeyd edək ki, Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Festivalın informasiya dəstəyi Guney.az və Lent.az xəbər portaları və Araz FM radiosudur.

1422