“Ziya Bünyadov - qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı”
Miniatür Kitab Muzeyində görkəmli şərqşünas alim, akademik Ziya Bünyadova həsr olunmuş «Ziya Bünyadov - qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı» miniatür kitabının təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, Miniatür Kitab Muzeyinin rəhbəri Zərifə Salahova bildirib ki,
70 səhifəlik kitab 40x45 mm formatında nəşr olunub. Kitab Cəmiyyətinin xətti ilə çap olunan nəşr 100 nüsxə tirajla yayılacaq.
Kitabda Ziyad Bünyadovun ömür yolu barədə qısa məlumat, onunla bağlı məqalə yer alıb. Bu nəşrdə həmçinin akademikin rus dilində yazdığı “Nə üçün Sumqayıt? məqaləsi də var. Miniatür kitabda Z. Bünyadovun 53 fotoşəkli yer alıb.
Təqdimat mərasimində çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva görkəmli alimin elmi yaradıcılığı barədə danışıb.
G.Baxşəliyeva akademikin Azərbaycan tarixinə həsr olunmuş fundamental əsərlərinin tarix elmimizdə mövqeyini qeyd edərək, alimin özündən sonra qoyduğu elmi məktəbdən də söz açıb. O, Ziya Bünyadovun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdəki fəaliyyətindən danışaraq, akademikin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rolunu da qeyd edib.
Akademikin həyat yoldaşı Tahirə Bünyadova çıxış edərək, Ziya Bünyadovla bağlı miniatür kitabın nəşrində əməyi olanlara təşəkkürünü bildirib.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06