Novruz Qartal: “Bu Festivaldan çox şey gözləyirəm” - MÜSAHİBƏ
Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı"na ssenari qəbulu artıq başa çatıb. “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.
Musiqili Komediya Teatrının qocaman aktyoru Novruz Qartal festivalla bağlı fikirlərini bölüşüb:
- Teatral mühitin canlandırılmasında, gənclərin teatra cəlb olunmasında Gənclərin II Ümumrespublika Teatr Festivalının əhəmiyyətini yüksək qiymətləndirirəm. Belə festivallara bu gün çox böyük ehtiyacımız var. Gənclərə dəstək baxımından bu festivalın dəyəri böyükdür.
- Novruz müəllim, uzun illər müqtədir aktyorlarımızla tərəf müqabili olmusunuz. Bu gün isə özünüz gənc aktyorlarla eyni səhnəni paylaşırsınız. Gənclərlə işləmək asandırmı?
- Mən onlarla işləməkdən zövq alıram. Çünki gənclik enerji dolu, pozitivdir. Hər zaman biz yaşlı sənətkarların sözünə ehtiyacları var. Mən də onlara vaxtaşırı məsləhətlərimi verirəm, bildiklərimi öyrədirəm. Çünki bu sənət hər zaman öyrənməyi tələb edir. Elvin adlı gənc bir aktyorla mən «Talelər qovuşanda» adlı tamaşada tərəf-müqabiliyəm. O mənim oğlumu oynayır. Dəfələrlə ona səhnədə sərbəst olmağı öyrətmişəm, ata-oğul münasibətləri barədə danışmışam. Gənclər də sağ olsunlar hər zaman sözümü eşidirlər. Qeyd edim ki, indiki gənclik əvvəlkilərlə müqayisədə daha çox sənətə bağlıdırlar. Çünki bekarçılıqdan beziblər və teatra gəlməyə başlayıblar. Elə aktyor, rejissor nəsli arasında da gənclər çoxdur. Bizim teatr hər zaman gənclərə yaşıl işıq yandırıb.
- Bəs müqayisədə indiki gənclərdə nə çatmır, onlara necə olmağı tövsiyə edərdiniz?
- İndiki gənclərin hamısına şamil etmək olmaz, amma bəziləri çox yekəxana, təkəbbürlüdürlər. Onlara elə gəlir ki, bir rol oynadılarsa, deməli dahidirlər. Heç də belə olmamalıdır. Şöhrətə meyllidirlər, tanınan kimi deyirlər, «burda mənəm, Bağdadda kor xəlifə». Mən özüm də vaxtilə Şəmsi Bədəlbəyli, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov kimi nəhəng sənətkarlarla eyni səhnədə çıxış etmişəm, amma, özümü onların yanında bir uşaq kimi hiss eləmişəm. Onlara hörmətlə yanaşmışam. Amma yaxşı, anlayışlı gənclərimiz də çoxdur, qurunun oduna yaşı da yandırmaq olmaz. Mən üzümü gənclərə tutub deyirəm ki, böyük sözünü eşitsinlər, bu sənəti sevsinlər, hər zaman yaşlı sənətkarlardan öyrənsinlər. Gənclərin II Ümumrespublika Teatr Festivalından çox şey gözləyirəm. Mən inanıram ki, bu festival gənclərdə teatra maraq yaradacaq, onları ruhlandıracaq. Mən özüm də çox maraq göstərirəm ki, görəsən, onların ərsəyə gətirdiyi tamaşalar necə olacaq? Gənclik hər zaman gözəl manevrləri ilə biz təcrübəli sənət adamlarını təəccübləndirib, yəqin ki, bu dəfə də təəccübləndirəcək. Bir də çox istərdim ki, gənclərin ərsəyə gətirdikləri o tamaşalar televiziyalar vasitəsilə təbliğ olunsun. Çünki gənclər bundan daha da ruhlanarlar. Bir arzum da budur ki, belə festivallar ənənə xarakteri daşısın. Hər il keçirilsin və getdikcə hüdudları aşaraq beynəlxalq müstəvidə təşkil olunsun. O halda, bizim gənclər beynəlxalq teatr təcrübəsindən də bəhrələnər və o təcrübəni Azərbaycan teatrlarına gətirərlər.
Qeyd edək ki, layihənin ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

1747