Fikrət Qocanın xanımı: “Həkim dedi, ömrünə az qalıb...” - SÖHBƏT
Avqustun 25-i xalq şairi Fikrət Qocanın doğum günü idi. Zəng eləyib təbrik etdim şairi və təklif elədim ki, “Yaxın adam”ın qonağı olsun: Fikrət müəllim, sizin haqqınızda kim danışıb, portretinizi cıza bilər, dostunuz, övladınız, yoxsa xanımınız?
- “Əlbəttə, arvad” - dedi: “Adama bu yaşda ondan yaxın adam kim ola bilər...”
Düz sözə nə deyəsən...
Qapını Raya xanım açdı. Raya Qocayeva. Fikrət Qocanın 41 illik ömür-gün yoldaşı: “Çox həyəcanlıyam. Heç bilmirəm sizi qane edə bilən nə isə danışa biləcəmmi...”
Darıxmayın – dedim, - gəlin sadəcə söhbət edək, amma əvvəlcə mənə Fikrət müəllimlə ilk tanışlığınızdan danışın.
Kür qırağının əcəb seyrangahı var...
İlk tanışlığımız təsadüfən oldu. Kür qırağında bir meşə var. Hər yay ailəvi ora dincəlməyə gedirik. Həmin il mən ali məktəbə qəbul olunmuşdum. Atam yenə bizi istirahətə o meşəyə apardı. Biz də Ağdaşdanıq, Fikrətgil də, amma ayrı-ayrı kəndlərdənik. Orda istirahətdə rastlaşdıq, ailələrimiz bir-birilərini tanıyırdılar, biz də tanış olduq. Daha necə tanış olduq, onun təfsilatı lazım deyil, onu deyə bilərəm ki, hər şey bu tanışlıqdan başladı. Deyim ki, mənə şeirlər dedi, yox, elə olmadı. 15 yaş məndən böyükdür Fikrət, bir dəfə evlənib ayrılmışdı. Bu yaş fərqi deyəsən zaman-zaman kövrəldir onu. Bir dəfə bu barədə bir şeir də yazıb, əzbər bilmirəm, amma mənası budur ki, yəni mən qocaldım də. Şair kimi tanıyırdım onu, hələ tanış olmamış oxuyurdum şeirlərini. İlk tanışlığımızdan yaxşı təsir bağışladı mənə. Tez öyrəşdim ona, cəmi iki il sonra ailə qurduq. Özü evlənmək təklif etdi mənə. Bilmədim nə cavab verim. Evdə heç kimə demədim, yaxın rəfiqəmə açdım sirrimi.
Evliliyin ilk vaxtlarında ailədə söz-söhbət olur. İki ayrı-ayrı tərbiyə almış, ayrı-ayrı ailələrdən çıxmış insan bir olub, bir yaşamalıdır. Bir-birini öyrənib bilincə, yaxşısını pisini ayırd edincə zaman lazımdır, həmin zamanı uğurla yola vermək üçün kompromisə getmək, bir az çətinliyə dözmək, səbirli olmaq lazımdır. Gərək həyat yoldaşı olmaqdan öncə dost olasan, dostluq olanda güzəştə gedib bağışlaya bilirsən. O halda da ailə möhkəmlənir.
Bilmirdim ki, yazanda ona yaxın düşmək olmaz
Fikrət səmimi, mehriban adamdır. Nə qədər əsəbi hallar keçirsə də üzə vurmaz, hirsini gəlib ailənin üstünə tökməz. Davakar adam deyil. Ancaq bıçaq boğaza dirənəndə partlayar, qarşısında durmaq çətin olar. Cavanlıqda işləyərkən ona uşaq-böyük maneə olanda çox əsəbiləşərdi. Mən də o vaxtlar o qədər də dərk etmirdim ki, bu yazı yazırsa, işləyirsə yaxın durmaq olmaz, danışdırmaq olmaz fikri yayınar. Olurdu, gəlib söz soruşurdum, hövsələdən çıxırdı. Sonralar daha öyrəndim ki, işləyəndə ona rahatlıq vermək, şərait yaratmaq lazımdır.
Fikrət müəllim tez bağışlayandır, amma elə şeylər var ki, heç kimə bağışlamaz. Cavanlıqda çox qısqanc idi. Mən də çalışırdım ki, onu qısqandıran ən adi bir hərəkətə yol verməyim. 21 yaşım vardı, ailənin ərkəsöyün ilk övladı olmuşdum, bəzən söz götürmürdüm. Bu dövrdə Fikrət anlayışlı olmasaydı, ailə dağılardı. Ana olandan sonra mən də dəyişdim, başa düşdüm ki, ailə müqəddəsdir, onu qorumaq vacibdir.
Ata kimi Fikrət əvəzsiz atadır. İlk kəbinindən olan ailəsi ilə ayrılanda evi onlara verib çıxıb. O övladlarını da yerbəyer eləyib, indiyə qədər də diqqəti üstlərindədir. İki qızımız var, mən onlara qarşı çox sərt olmuşam, amma Fikrətin onların üstünə səsinin tonunu qaldırması yadıma gəlmir. Qızlarımız mənə aça bilmədikləri sirlərini atalarına açıblar, mən sonradan ondan eşitmişəm. Hər addımlarını mən izləmişəm, sirlərini Fikrətə açıblar.
Fikrət Qocanın bir Qoca Fikrəti də var
Ailəyə qarşı çox möhkəmdir, onu ailəsi gərək yumruğu kimi olsun. Barmağın biri açıldı, Fikrət onu bağışlamaz. Kövrək adamdır, başqalarını uğuruna həmişə sevinən gördüm onu, kiminsə faciəsinə də çox kədərlənir. Kiminsə yaxşı əsəri barədə bir-neçə gün evdə ağız dolusu danışacaq, elə deyəcək ki, elə bil bu uğur onundur, özü yazıb. Görmədim ki, Fikrət kiminsə uğuruna qısqansın, yaxud kiminsə fəxri ad alması onu qısqandırsın. Məndə olub əsəbiləşmişəm ki, necə olur filankəsə filan şey verdilər, sənə yox? O halın özünü də mənim əsəbiləşməyimi çox sakitliklə qarşılayır, yola verir.
Qızlarımızı köçürəndə Fikrət onların seçiminə çox inanırdı. Mən səbirsizlənirdim ki, tanımırıq, bilmirik bəlkə düzgün seçim deyil? Fikrət deyirdi, qızım seçibsə, deməli, düz olar. Düzdür, bəzən tanıdığın adamı da illər ötür görürsən ki, heç tanımırmışsan. Böyük qızımızın seçimində məyusluq oldu, ikinci dəfə ailə qurdu. Amerikanın İndiana ştatında yaşayan hindli oğlanla evləndi, oğlan gəldi burda müsəlmanlığı da qəbul elədi. Qızımın ilk ailəsindən bir oğlu var, adı Pərvizdir. Biz onu öz övladımız kimi sənədləşdirmişik – Qocayev Pərviz Fikrət oğlu yazılır sənədində. Sonra gördük ki, qızım oğlu üçün darıxır, dedik övladındır ayrı qala bilmirsən, apar özünlə. Oğlan uşağa öz atası qədər qayğı göstərir.
Fikrətin iki dəfə gözlərinin dolduğunu görmüşəm. İlk dəfə anası rəhmətə gedəndə. Bir də bu yaxınlarda Pərvizin 15 yaşı olurdu, onunla telefonla danışanda hiss etdim ki, kövrəldi, dedi burda olsaydın özüm sənə ad günü keçirərdim, orda bizsiz qeyd edirsən. Bu yay bir ay getdik qaldıq onların yanında.
İkinci qızımız da ailə qurub, şükür, ailəsi yaxşıdır, onun da bir oğlu var, adı da Qoca Fikrət. Amerikaya onu da aparmışdıq özümüzlə, bizdə bir yerdə böyüyüblər iki qardaş kimi.
Həkimlər dedi, ömrünə çox az qalıb
Fikrətin xoşuma gəlməyən xasiyyəti yoxdur. Özümdən uydurmaq istəmirəm. Hə bir az hövsələsizdir, bir yerə gedəndə mənim hazırlaşmağımı gözləyə bilmir. Ona görə də öyrəşmişəm artıq harasa gedəndə o qapıya yaxınlaşdısa mən artıq qapının astanasında olmalıyam. Hərdən heç nədən əsəbiləşməyi var, xüsusən iş yerində. Ona hirslənmək olmaz, 76-cı ildə əməliyyat edib ciyərinin yarısını kəsib götürüblər. Ciyərinin bir tərəfində şiş əmələ gəlmişdi, həkim mənə dedi ki, çox az vaxtı qalıb. Təsəvvür edin uşaqlar da onda çox balaca idilər. Əllərimi açdım Allaha ki, ilahi, sənin əlindədir. Moskvada əməliyyat olundu, şükür Allaha göydə Allah, yerdə Heydər Əliyev Fikrəti həyata qaytardı. O, əməliyyat elətdirdi, xərcini də çəkdi. Hələ Mərkəzi Komitədə işləyirdi, vaxtı az qalıb demişdi həkimlər, ona görə analizlər bir gecəyə verildi, cavab alındı və təcili əməliyyata başlandı. Hamısı Heydər Əliyevin sayəsində.
Diqqətsizliyindən şikayət edə bilmərəm. Mən ixtisasca bioloqam, ədəbiyyatçı deyiləm, ona görə də o qədər də diqqət tələb edən də deyiləm. Amma Fikrət məni diqqətdən kənar qoymayıb. 41 ildir bir yerdəyik, gözlənilmədən gül də alıb, hədiyyə də. Ən xoşuma gələn odur ki, həmişə şeirlərini birinci mənə oxuyub, mən də öz fikrimi demişəm. 500-dən çox şeirlərinə mahnı bəstələnib, hamısını yığmışam arxivə.
Od oğluyam, alovlardan doğuldum
Alovlana-alovlana.
İlk bahardan doğuldum
Lalə kimi yana-yana.
Onun üçün də baxışımın odlara var bənzəri
Azəriyəm, azəri.
Fikrətin ən çox sevdiyim və əzbər bildiyim şeiri budur.
Söhbətimizin arasında Fikrət müəllim işdən evə - nahar fasiləsinə qayıtdı. Raya xanım onu qarşılayıb süfrə arxasına dəvət etdi. Bayaqdan süfrəyə düzdüyü, öz əlləri ilə hazırladığı şirniyyatın yanına yemək düzməyə başladı. Hər ikisi “bizimlə yemək yemədən səni buraxmarıq” - dedilər. Söhbət arası Fikrət Qoca mənə pıçıldadı ki, Raya həyəcanından səhərə qədər yata bilməyib ki, görəsən necə danışsa yaxşı olar. Dedim, necə var, elə də danış.
Bu iki ahıl insanın məsuliyyəti, səmimiyyəti məni heyran etdi. Dəyərlərin itdiyi bir dövrdə necə heyran olmayasan...
Ramilə Qurbanlı

5379