Mədəniyyət və turizm naziri Əbulfəz Qarayev Rafael Dadaşovun dəfnində iştirak edib.
Lent.az xəbər verir ki, mərasimdə iştirak edən nazir jurnalistlərə açıqlama verib:
“Rafael Dadaşov böyük ustad idi, dostumuz idi. Cənab prezident və birinci vitse-prezident Mehriban xanım xalq artistinin sağalması üçün bütün köməkliyi göstərdilər. Ancaq xalq artisti dünən dünyasını dəyişdi. Allah ona rəhmət eləsin. Onun xatirəsinə mütləq teatr yaradıcılığına uyğun bədii gecə keçiriləcək. R.Dadaşovun xatirəsi həmişə bizim üçün əziz olacaq”.