Südün inanılmaz 7 faydası
08 fevral 2021 18:55 (UTC +04:00)

Südün inanılmaz 7 faydası

Süd gündəlik həyatınızda təkcə qida kimi deyil, müxtəlif sahələrdə də sizə kömək edə bilər.

Lent.az xarici KİV-ə istinadən südün 7 fərqli istifadə sahəsini təqdim edir:

1. Gözünüzü süd ilə yuyun

Gözlərinizi südlə yumaq əvvəlcə qeyri-real görünə bilər. Lakin bu tətbiq qıcıqlanan gözü sakitləşdirə bilər.

2. Südü gübrə kimi istifadə edin

Süd qədim dövrlərdən bəri gübrə kimi istifadə edilib. Bitkilərin kökünün gücləndirilməsi üçün südün faydası olduqca yüksəkdir. Süd bitkinin böyüməsinə kömək edir. Daha sonra kalsium çatışmazlığının qarşısını alır və toz küflə mübarizə aparır. Bununla birlikdə südü digər gübrələrlə qarışdırmamalı olduğunuzu unutmayın. Kimyəvi maddələr südlə qarışarsa, onun faydalarını aradan qaldırır.

3. Saçınızı südlə yuya bilərsiniz

Saçlarınızı süd ilə yumaq onların böyüməsinə, parlaq və möhkəm olmasına kömək etməklə yanaşı, saçlarınızı düzləşdirir.

4. Süd ilə boya edə bilərsiniz

Süd boya hazırlanmasında əsas tərkib hissəsidir, çünki piqmentlər üçün birləşdirici rolunu oynayır. Qədim Misirdə süddən boya kimi istifadə olunurdu.

5. Makiyajınızı silmək üçün süddən istifadə edin

Süd yalnız saçlarımıza deyil, dərimizə də faydalıdır. Buna görə makiyajı silmək üçün kimyəvi məhsullardan istifadə etmək əvəzinə süddən istifadə edin.

6. Böcəklərin sancdığı yerlərin ağrısını azaldır

Süddəki protein ağcaqanad dişlədikdən sonra dərini sakitləşdirməyə kömək edir. Südü su ilə qarışdırın və dəriyə çəkin. Hazırladığınız qarışıq həm həşərat sancması, həm də günəş yanığı üçün istifadə edilə bilər.

7. Dəri əşyalarınızı təmizləmək üçün süddən istifadə edin

Dəri çantanızı, divanınızı və ya ayaqqabılarınızı təmizləməlisinizsə, süddən istifadə edə bilərsiniz. Bu çox təbii bir həll olduğundan dərinin öz quruluşuna zərər vermir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5070
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar