Səmada “həbs”  - O kosmonavtı heç kim Yerə qaytarmaq istəmədi
28 iyul 2022 14:30 (UTC +04:00)

Səmada “həbs” - O kosmonavtı heç kim Yerə qaytarmaq istəmədi

Sergey Krikalev  dünyanın ən qəribə tale yaşamış kosmonavtıdır. Bütün kosmonavtların Yerə dönüşü gül-çiçəklə qarşılansa da onu səmadan yerə endirmək istəməyiblər. Hə, bu zarafat deyil.

 O, kosmosda unudulmuş, kosmosda yaşamaq üzrə dünya rekordu vurmağa məcbur qalmış sonuncu SSRİ vətəndaşı idi. Sovet İttifaqının süquta uğradığı dövrdə Sergey Yer ətrafında fırlanan “Mir” stansiyasında idi. 


 19 may 1991-ci ildə  Krikalev bütün uçuş tapşırıqlarını uğurla yerinə yetirmiş, evə qayıtmağı gözləyirdi. Lakin Sovet İttifaqının dağılması ilə bütün kosmik proqramlar təxirə salındı. Kosmonavt səmada unuduldu. Heç kim onu geri gətirmək istəmirdi. Çünki bu, böyük xərc tələb edirdi. Yerdə dağılmış bir dövlətdə xaos, ondan qalan borclar, inflyasiya hökm sürürdü. Krikalev kapsula ilə geri dönə bilərdi. Lakin bu “Mir” stansiyasının məhvinə səbəb ola bilərdi.

Kosmonavt gözləməli oldu. Onun kosmosda qalma müddəti öncədən 5 ay planlaşdırılsa da vaxt iki dəfə uzadıldı. Bu müddət ərzində səmaya qalxmış 2 şatlın heç birində ona yer olmadı. Onunla demək olar ki, maraqlanan yox idi. Bu qədər uzun müddət  kosmosda qalmaq xərçəng xəstəliyi riski, kosmik radiasiyaya məruz qalmaq, əzələlərin tamamilə hərəkətdən düşməsi demək idi. 

O xarab olan cihazları özü təmir edir, öz həyatının xilası üçün cəhd göstərirdi. Ruslar “Mir” kosmik stansiyasını iki alıcıya satdılar. “Kosmik  Robinzon” səmada həbs müddətində  yer ətrafında 130 dəfə dövr edərək 5.486.215 kilometr uçmuşdu.

 311 gün sonra Almaniya öz astronavtını Krikalevlə əvəz etməyə qərar verincə onun Yerə qayıtmaq şansı yarandı. Yerə dönərkən o 4 nəfərin köməyi ilə ayaq üstə zorla dayana bilirdi. Bu fədakarlığa görə Sovet İttifaqı Qəhrəmanı S.K.Krikalevə Rusiya Qəhrəmanı adı da verildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6225
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar