Qoç bürcü   qadınlarının xarakteri necədir?
14 iyul 2022 09:09 (UTC +04:00)

Qoç bürcü qadınlarının xarakteri necədir?

Qoçlar Zodiakın birinci bürcüdür.  Hər il martın 21-dən aprelin 20-dək olan tarixdə doğulanlar bu bürcün nümayəndələridir. Mars və Günəşin idarə etdiyi, od qrupuna aid olan Qoç bürcləri aktiv və enerjili olmaları ilə tanınır. 

Bəs, ayrılıqda qoç bürcünün qadın nümayəndələrinin xarakteri necədir?

Lent.az onların xarakterlərini təqdim edir:

Qoç qadınları həmişə lider ruhlu olmaları ilə bilinir. İnadkarlığı ilə tanınan Qoç qadını həmişə təbii və qeyri-adi olmağa üstünlük verir. İdealist xarakteri ilə onlar başqalarının köməyinə qaçmağı, hər kəsə yaxşılıq etməyi sevir. Onlar üçün ən vacib xüsusiyyətlərdən biri dürüstlükdür. Dürüst olmayan insanlarla demək olar ki, münasibət qurmurlar. 

Qoç bürcünün qadın nümayəndələri olduqca enerjili və həyat doludurlar. Onlar əylənməyi çox sevirlər. Eyni zamanda cəsur və şəfqətli olan qoç qadınları güclü bir xarakterə sahibdirlər. Bu qadınlar kişilərə boyun əyməyi sevmirlər. 

Qoç qadınları təkəbbürlü və ehtiyatsızdırlar. Hər şeyə tez reaksiya verir. Səbir etməyi bilmirlər. Tez hirslənirlər. Onlar kiməsə əmr verməyi çox sevir. Bu da onların mənfi xüsusiyyətlərindədir. 

Qoç bürcü qadını birinə vurulanda olduqca çəkici və cazibədar olur. Duyğularını gizləmək istəməyən qoç bürcü qadını aşiq olanda uzun vaxt gözləməz. Onlar ilk olaraq qarşı tərəfdən diqqət gözləyir. 

Qoç bürcü qadınları iş həyatlarında müvəffəqiyyətli olmağı çox sevirlər. İddialı xarakteri sayəsində hansı sahədə çalışmaqlarından asılı olmayaraq uğur qazanmaq üçün daima mübarizə aparırlar. 

Qoç bürcü qadını münasibətdə olduğu insanı hamıdan qısqana bilər. Sevdiyi insanı heç kimlə paylaşmaq istəməz. Əslində azadlığına bağlıdır, bir kişiyə həyatında sonuncu kişi olduğunu düşündüyü an bağlanırlar. Yumşaq xarakterli və qayğıkeş kişilərdən xoşları gəlir. Yanında rahat ola bildiyi insanları seçir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26229
avatar

Sevinc Fərid

Oxşar yazılar