Ötən il açılan güllə bir neçə il sonra hədəfini o dünyalıq etdi – GÖZLƏNİLƏN SONLUQ
18 fevral 2021 19:10 (UTC +04:00)

Ötən il açılan güllə bir neçə il sonra hədəfini o dünyalıq etdi – GÖZLƏNİLƏN SONLUQ

Tarixdə baş verən hadisələrə nəzər saldıqda heç nəyin əvəzsiz qalmadığının şahidi oluruq. Vaxt şərti olsa da – bir gün, üç həftə, beş ay, hətta bir neçə il, fərq etməz, nəticə özünü gözlətmir.

Lent.az-ın bu dəfə təqdim edəcəyi hadisədə olduğu kimi... 

1883-cü ildə Henri Ziqland həyat yoldaşından ayrılır. Ayrılığı həzm edə bilməyən qadın bunu özünə həqarət kimi qəbul edərək intihar edir. Bacısının acısına dözməyən Fred Henri ilə “haqq-hesab” çəkməyi qərara alır və tüfənglə ona atəş açır. Sonra əməlindən peşman olan Fred özünə də qəsd edir.

Lakin güllə Henrinin sadəcə, üzünü cızaraq arxadakı ağacın gövdəsinə girmişdi.

Bir neçə il keçir. Henri hər dəfə o ağaca baxanda həmin hadisəni xatırlayırdı. Ağacı kəsmək qərarına gəlir, lakin gövdə çox qalın olduğundan başqa üsul axtarır. Çıxış yolunu gövdəni dinamitlə partlatmaqda görür. 

Partlayış zamanı ötən illərdən gövdədə ilişib qalmış güllə təzyiqdən iti sıçrayışla Henrinin başına girir və o, yerindəcə dünyasını dəyişir.

# 3252
avatar

Rəsul SARI

Oxşar yazılar