Son günlər sosial şəbəkələrdə meyxana ustası Balaəlinin söylədiyi “çitraxuda” qafiyəli meyxana dəbə düşüb. Bəs bu çitraxuda nə deməkdir?
Lent.az “Belə yaranıb” rubrikasında bu sözün qədim tarixçəsi barədə məlumat verir.
Məşhur “Sevimli xalat” filminin qəhrəmanı olan xanın keçmişə qayıtmaq üçün işlətdiyi “Ayravana, ayravana çantrika, çitrakuda, çitrakuda işvara” sözləri hardan alınmışdı? Bəs məşhur sehirbaz İo-Kio baba “amaravati amaravati kintamana” deyəndə nəyi nəzərdə tuturdu?
Çoxları elə bilirdi ki, bunlar elə-belə uydurulmuş kəlmələrdir. Amma əslində bu ifadələr qədim Sanskrit dilindən gəlmədir. Ən qədim dillərdən biri olan Sanskrit dilində “amaravati” ölümsüzlər diyarı, cənnət mənasını verir. “Kintamana” buddizmdə insanın bütün arzularını yerinə yetirən daşın adıdır. “Ayravana” hind tanrısı İndiranın ağ filinə verdiyi addır.
“Çantrika” ay işığı, “İşvara” tanrı deməkdir, “çitraxuda” isə bu tanrıya ibadət edilən məbədin adıdır.
Bax beləcə, bir sözün izinə düşüb keçmişlərə səyahət elədik.