Maykl Ceksonun villası
Maykl Ceksonun villası bu qiymətə satıldı
Maykl Ceksonun "Neverlend" adlandırdığı villası 22 milyon dollara satıldı.
Kulis.az "The Wall Street Journal"-a istinadən xəbər verir ki, villa 2016-cı ildəki ilkin məbləğindən 78 milyon dollar daha ucuz, təxminən 5 qat daha aşağı qiymətə satılıb.
1000 hektardan çox sahəsi olan bu malikanə ABŞ-da Santa-Barbara yaxınlığında yerləşir. Malikanəni milyarder Ronald Berkl alıb.
Qeyd edək ki, Maykl Cekson 1988-ci ildə aldığı bu villanı məşhur Piter Pen əhvalatındakı adanın şərəfinə Neverlend adlandırmışdı.
Nağıldakı Neverlend adasında uşaqlar heç vaxt böyümürdü.
Maykl Cekson buranı şəxsi parkına çevirmişdi. Parkın içində 3 dəmir yolu, müşahidə qülləsi, pirat gəmisi və "amerikan dağları" atraksiyonu var.

Oxşar yazılar

Dünyanı koronavirussuz "dəhşətli bir gələcək" gözləyir
15 yanvar 2021 , 19:55
Ötən ilin ən çox oxunan kitabları -FOTOLENT
14 yanvar 2021 , 14:21
Ölən adam eşidə bilərmi? - ARAŞDIRMA
13 yanvar 2021 , 19:44
İnsanın öz-özünə danışmasının nə qədər faydalı olduğu AÇIQLANDI
13 yanvar 2021 , 19:06
ABŞ-ın ən böyük əyləncə parkında koronavirus peyvəndi izdihamı
13 yanvar 2021 , 17:46
Hollivud ulduzları Antalyaya toplaşacaq
13 yanvar 2021 , 10:14
Xalqa Yeni İl təbrikini ilk dəfə hansı ölkə rəhbəri edib? - FOTOFAKT
12 yanvar 2021 , 17:17
Hindistanda maraqlı toy: bəy qaçdı, gəlin isə...
12 yanvar 2021 , 12:14