Kolbasanın içində   görün nələr olur: Saç,  parazitlər   və...
04 mart 2024 17:44 (UTC +04:00)

Kolbasanın içində görün nələr olur: Saç, parazitlər və...

Bloqqer "Micro Zoom Guy" məhsul və gündəlik həyat obyektləri ilə bağlı maraqlı videoları ilə məşhurlaşıb. Son video təcrübəsində o, makro obyektivdən istifadə edərək adi kolbasanın sirlərini açmaq qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə "Micro Zoom Guy" özü "Instagram"da məlumat verib.

Bloqqer kolbasanı tikə-tikə doğrayıb və adi istehlakçının gözündən gizlədilənləri mikroskop altında izləyicilərinə göstərib. Yayımlanan videoda mikroskop altında saça və ya parçaya bənzəyən qəribə qara saplar görünür.

Bundan başqa, aktiv hərəkət edən kiçik parazitlər tapılıb. Bu kəşf gündəlik həyatda istifadə etdiyimiz emal olunmuş qidaların təhlükəsizliyi və keyfiyyəti haqqında müzakirələrə səbəb olub. 

Video internetdə geniş rezonans yaradıb, istifadəçilər qəzəb dolu yazılar yazıblar. Bəziləri bir daha kolbasalara toxunmayacaqlarını, bəziləri isə bir çox məhsulda belə mikroorqanizmlərin ola biləcəyini yazıb.

Mütəxəssislər qeyd edirlər ki, xam yarımfabrikatlarda mikroorqanizmlərin olması həqiqətən də mümkündür, xüsusən də onlar düzgün saxlanmadıqda və ya yuyulmamış əllərlə işləndikdə.

Yediyiniz məhsulların son istifadə tarixlərinə də diqqət yetirməyi unutmayın!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16332
avatar

Fidan İlqar

Oxşar yazılar