“Google” şirkəti “Apple”ın “AirTag” smart etiketi ilə rəqabət aparacaq ağıllı mayak buraxacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Android Authority” nəşri məlumat yayıb.
Belə ki, şirkət itirilmiş əşyaları tapmaq üçün qurğu üzərində işə başlayıb. Cihaz açarlara, baqajlara və digər şəxsi əşyaların itməməsi üçün onlara taxılacaq.
Qurğu enerjiyə qənaət edən “Bluetooth LE” əsasında işləyəcək.
Cihazın nə vaxt və hansı qiymətə satışa çıxarılacağı hələlik məlum deyil.